Mobil versiya
Nuranə Zeynalova: Ağalı kəndinə köç etdiyimiz üçün çox xoşbəxtik
Tarix: 10-09-2022 | Saat: 09:03
Bölmə:Ölkə | çapa göndər

Nuranə Zeynalova: Ağalı kəndinə köç etdiyimiz üçün çox xoşbəxtik

Zəngilan rayonunun Ağalı kəndinə köç etdiyimiz üçün sevincimizin həddi-hüdudu yoxdur. Uşaqlarımız işğaldan azad olunmuş əraziləri görməsə də, həmin yerlərə getməyi daim arzulayıblar.

Bu fikriləri müsahibəsində Ağalıya köçən Nuranə Zeynalova söyləyib.

O deyib: “Yoldaşım hər zaman Zəngilan xatirələrindən danışıb, övladlarımızı vətənpərvərlik ruhunda tərbiyə edirdi”.

Qubadlı rayonundan olduğunu qeyd edən Nuranə Zeynalova bildirib ki, üç yaşından bəri məcburi köçkünlük həyatı yaşayır.

“Allah şəhidlərimizə rəhmət etsin, onların sayəsində məcburi köçkünlər öz doğma torpaqlarına geri qayıdırlar. Şəhid anaları qarşısında baş əyirəm”, - deyə o vurğulayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024