Mobil versiya
Beynəlxalq təşkilatlar AHİK-nın fəaliyyətini yüksək qiymətləndirirlər
Tarix: 09-09-2022 | Saat: 17:13
Bölmə:Ölkə | çapa göndər

Beynəlxalq təşkilatlar AHİK-nın fəaliyyətini yüksək qiymətləndirirlər

Ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə bu gün Azərbaycanda aparılan əsaslı islahatlar, həyata keçirilən daxili və xarici siyasət kursu bütün digər sahələrdə olduğu kimi, respublikamızın həmkarlar təşkilatlarının işinə də müsbət təsirini göstərməkdədir. Məhz bu təsirin nəticəsidir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) fəaliyyəti də bu gün istər ölkə daxilində, istərsə də respublikanın hüdudlarından kənarda yüksək qiymətləndirilir.

Artıq bildiyimiz kimi, sentyabrın 7-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Ümumhəmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) IX Qurultayı keçirilib. Qeyd edək ki, bu təşkilat MDB ölkələrinin 10 milli həmkarlar ittifaqı mərkəzini və 23 beynəlxalq həmkarlar ittifaqı birliyini öz ətrafında birləşdirir. O cümlədən AHİK 2004-cü ildən bu təşkilatın üzvüdür. ÜHİK-nın IX Qurultayı Azərbaycan təmsilçiləri üçün xüsusilə əlamətdar olub. Belə ki, həmin Qurultayda AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Ümumhəmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib. Əlbəttə ki, bu, ümumilikdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və şəxsən Səttar müəllimin fəaliyyətinə verilən yüksək dəyərin bir göstəricidir.

Bu münasibətlə hörmətli Səttar Möhbalıyevi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şabran rayon komitəsinin bütün üzvləri adından, eləcə də şəhərimizin bütün təhsil işçiləri adından ürəkdən təbrik edirik. Bu yeni vəzifəsində Səttar müəllimə yeni-yeni uğurlar, daha böyük nailiyyətlər arzulayırıq.

Seymur Qədəşov,
ATİAHİ Şabran rayon komitəsinin sədr
i



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024