Mobil versiya
AHİK Ümumhəmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyində təmsil olunacaq
Tarix: 09-09-2022 | Saat: 10:15
Bölmə:Ölkə | çapa göndər

AHİK Ümumhəmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyində təmsil olunacaq

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) özünün beynəlxalq əlaqələrini daim genişləndirir, ölkəmizin dünya dövlətləri birliyində mövqelərinin daha da möhkəmləndirilməsi istiqamətində səmərəli fəaliyyət göstərir.

Artıq xəbər verildiyi kimi, sentyabrın 7-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Ümumhəmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) 9-cu Qurultayı keçirilib. Həmin Qurultayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı cənab Səttar Möhbalıyev ÜHİK-nın vitse-prezidenti seçilib. Qeyd edək ki, AHİK-nın 2004-cü ildən üzv olduğu Ümumhəmkarlar İttifaqları Konfederasiyasının MDB ölkələrinin 10 milli həmkarlar ittifaqı mərkəzini və 23 beynəlxalq həmkarlar ittifaqı birliyini öz ətrafında birləşdirir. Əlbəttə ki, cənab Səttar Möhbalıyevin bu mötəbər beynəlxalq quruma rəhbər vəzifəyə seçilməsi dövlətimiz tərəfindən həyata keçirilən uğurlu xarici siyasətin daha bir təzahürü və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinin beynəlxalq aləmdə yüksək qiymətləndirildiyinin daha bir təsdiqidir.

Bu münasibətlə hörmətli Səttar Möhbalıyevi və onun timsalında bütün AHİK üzvlərini səmimi qəlbdən təbrik edir, Səttar müəllimə yeni vəzifəsində ölkəmizin rifahı naminə daha böyük uğur və nailiyyətlər arzulayıram.

Asudə Cəfərova,
AHİK üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024