Mobil versiya
Xəzər rayonunda "Rəngarəng Dünyam" adlı təlim-masterklassı keçirilib - FOTOLAR
Tarix: 09-09-2022 | Saat: 09:43
Bölmə:Ölkə | çapa göndər

Xəzər rayonunda "Rəngarəng Dünyam" adlı təlim-masterklassı keçirilib

AİA.Az xəbər verir ki, Xəzər Rayon Gənclər və İdman İdarəsi və Xəzər Gənclər Evinin birgə təşkilatçılığı ilə "Xəzərin inciləri" Art Studionun təqdimatında "Rəngarəng Dünyam" adlı təlim-masterklassı keçirilib.

8 sentyabr tarixində Xəzər Gənclər Evində "Ümüd Yeri" Uşaq Sığınacağının kiçik rəssamları və Xəzərin İnciləri Art studionun kiçik rəssamlarının iştirakı ilə "Rəngarəng Dünyam" adlı təlim-masterklassı təşkil olunmuşdur.

Təlim çərçivəsində rəssam-təlimçi Ümüd Həsənli təlim iştirakçılarına rəssamlıq sənəti ilə bağlı ətraflı məlumat vermiş və bu sənətin sirlərini öyrətmişdir. Həmçinin əyani olaraq masterklass keçirilib və iştirakçıların çəkdikləri rəsmlər xatirə olaraq onlara təqdim edilib.
Sonda təlim iştirakçılarına Xəzər Rayon Gənclər və İdman İdarəsi tərəfindən sertifikatlar təqdim olunmuşdur.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə