Mobil versiya
Əhalinin NƏZƏRİNƏ: Bu gün Bakının iki rayonunda qaz olmayacaq
Tarix: 08-09-2022 | Saat: 09:56
Bölmə:Ölkə | çapa göndər

Əhalinin NƏZƏRİNƏ:

Bu gün Nizami və Xətai rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə aia.az-a "Azəriqaz" İB-dən məlumat verilib.

Bildirilib ki, "Qaz İxrac" İdarəsinə məxsus "Böyük Şor yol qovşağı-Modul ES-30-cu Sahə QPS" Magistral Qaz Kəmərinin dayaqlar üzərinə qaldırılması, "30-cu Sahə" QPS-də əlaqələndiricinin və əymənin quraşdırılması ilə bağlı saat 08:00-dan etibarən işlər başlayıb.

Görülən işlər başa çatanadək "30-cu sahə", "Xətai", "Keşlə" və "Əhmədli" QPS-lərdən, magistral qaz kəmərindən qidalanan "Bakı-ES-MMC", "Azərneftyağ" (5/6sex)", "SOCARYDM-13", "SOCARYDM-21" və "Körpü Tunel MMC" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılıb.

Təmir işləri aparılan müddətdə Xətai rayonunun böyük hissəsinin, Nizami rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024