Mobil versiya
Salyan sakinindən tiryək və heroin götürülüb
Tarix: 08-09-2022 | Saat: 09:38
Bölmə:Ölkə | çapa göndər

Salyan sakinindən tiryək və heroin götürülüb

Salyan rayon sakinindən tiryək və heroin götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan aia.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Əbülfəz Cavadov saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən onun yaşadığı ünvana keçirilən baxış zamanı təmiz çəkisi 315 qram olan tiryək və 28 qram olan heroin aşkarlanıb. Dindirilmə zamanı həmin şəxs narkotik vasitələrin ona məxsus olduğu etiraf edib.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024