Mobil versiya
Arvadını döyərək öldürən kişi tutuldu
Tarix: 07-09-2022 | Saat: 10:35
Bölmə:Karusel / Ölkə | çapa göndər

Arvadını döyərək öldürən kişi tutuldu

Sentyabrın 6-da Qusar rayon sakini 1995-ci il təvəllüdlü Ellada Abbasovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluqdan aia.az-a verilən xəbərə görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Zedik Əlifxanov sentyabrın 4-də axşam saatlarında yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əllə, ayaqla və ağac parçası ilə Ellada Abbasovaya xəsarətlər yetirib, sonuncu almış olduğu xəsarətlərin təsirindən qeyd edilən tarixdə ölüb.

Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Zedik Əlifxanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-03-2025