Təhsil sahəsində əməkdaşlıq Azərbaycan və İtaliya arasında tərəfdaşlığın mühüm tərkib hissəsidir.
Tarix: 07-09-2022 | Saat: 10:05
Bölmə:Ölkə | çapa göndər

Müasir, müstəqil Azərbaycanın memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Məlum olduğu kimi, Azərbaycan və İtaliya əlaqələri möhkəm əsaslara söykənmiş münasibətlərə, qarşılıqlı faydalı əməkdaşlığa söykənir. İndi İtaliya Azərbaycanın ən etibarlı strateji tərəfdaşıdır. İki ölkənin təhsil müəssisələri, elmi-akademik çevrələri arasında da əlaqələr genişlənmişdir və bu gün İtaliyanın müxtəlif universitetlərində mindən çox azərbaycanlı tələbə təhsil alır. Ölkələrimiz arasında yüksəksəviyyəli siyasi dialoqun davam etdirilməsi, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, eyni zamanda mədəniyyət, elm, təhsil, humanitar sahələrdə önəmli mübadilələrin və layihələrin həyata keçirilməsi ilə də müşayiət olunmuşdur. Təhsil sahəsində əməkdaşlıq Azərbaycan və İtaliya arasında tərəfdaşlığın mühüm tərkib hissəsidir. Bu gün iki dost ölkə arasında bu sahədə əlaqələr uğurla inkişaf edir. Belə ki, elmi-akademik çevrələri, ali təhsil ocaqları arasında mübadilələr intensiv xarakter alıb. Onu da vurğulayaq ki, İtaliya dünyada rəqabətə davamlı və yüksək səviyyədə ixtisaslaşmış ali təhsil məkanı kimi tanınır.
Yeri gəlmişkən, İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana 2018-ci il 18-19 iyulda dövlət səfəri zamanı iki ölkənin təhsil nazirlikləri arasında "Ali təhsil üzrə Birgə Bəyannamə" imzalanıb. 2020-ci ilin fevralında imzalanmış "Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə"də də təhsil və elm sahəsində əməkdaşlığa dair konkret müddəalar əks olunub. Sercio Mattarellanın ölkəmizə səfəri də bunu bir daha təsdiqlədi və göstərdi ki, ölkələrimiz arasında münasibətlərin inkişaf dinamikası yüksəkdir. Bundan sonra əməkdaşlıq əlaqələri daha da genişlənməyə başladı. Digər tərəfdən, bu səfər həm də regional və beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyət kəsb etdi.
Təhsil sahəsində iki ölkə arasında əldə olunmuş ən əhəmiyyətli nailiyyət isə Prezident İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılığın əldə edilməsi ilə qazanıldı. Bakıda təməli qoyulan bu universitet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. İtaliya-Azərbaycan Universiteti ADA Universitetinin bazasında fəaliyyət göstərəcək. Bu təhsil ocağının təsis edilməsinə İtaliyanın beş aparıcı ali təhsil ocağı Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti və Romanın Sapienza Universiteti cəlb olunub.
Qeyd edək ki, 2022-ci il sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak etdi. Tədbirdə sazişlərin mübadiləsi oldu. Prezident İlham Əliyev bildirdi ki, bu mərasim onu göstərir ki, biz gələcəkdə təhsil sahəsində də strateji tərəfdaş kimi fəaliyyət göstərəcəyik: "Bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır. Təhsil sahəsində biz yeni genişmiqyaslı əməkdaşlığa başlayırıq. İki il bundan əvvəl İtaliyada dövlət səfərində olarkən mən bu təkliflə çıxış etmişdim ki, İtaliya-Azərbaycan Universiteti yaradılsın. İtaliya rəhbərliyi də bunu alqışladı və qısa müddət ərzində artıq biz praktiki fəaliyyətə başlayırıq. Heç kimə sirr deyil ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, bilik, savad, texnoloji tərəqqi müəyyən edir. Biz Azərbaycanda təbii resurslardan əldə edilmiş gəliri insan kapitalına yönəldirik və bugünkü tədbir bunun əyani sübutudur. Eyni zamanda əminəm ki, İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq. Bir sözlə, mən hesab edirəm ki, bu gün biz tarixi hadisənin şahidiyik. Bu gün mənim İtaliyaya işgüzar səfərimin birinci günüdür və birinci tədbiridir. Əminəm ki, İtaliya rəhbərləri ilə keçiriləcək görüşlər bizim dostluğumuzu, tərəfdaşlığımızı daha da möhkəmləndirəcək".
Yeri gəlmişkən, bu il aprelin 2-də İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun ölkəmizə səfəri çərçivəsində Bakıda ADA Universitetinin kampusunda İtaliya-Azərbaycan Universitetinin təməli qoyulub. Sözügedən ali təhsil ocağında tədris olunacaq akademik proqramlar iqtisadiyyatın strateji sektorlarını əhatə edəcək və yüksəkixtisaslı mütəxəssislər yetişdirəcək.
Əminliklə demək olar ki, geniş əməkdaşlıq əlaqələrinin məhz bu formada davam etdirilməsi gələcəkdə daha effektiv nəticələr verəcək. İtaliyadan yüksəksəviyyəli nümayəndə heyətlərinin Azərbaycana tez-tez səfərləri, eyni zamanda İtaliyanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa olunmasında fəal iştirakı, iqtisadi layihələrin həyata keçirilməsində aktivlik göstərməsi iki ölkə arasında münasibətlərdə yeni bir parlaq səhifə açır. Bütün bu işlər Azərbaycan və İtaliya xalqlarının yaxınlaşması, bir-birini yaxşı tanıması və gələcəkdə daha geniş tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin qurulması üçün çox vacib addımlardır.
Ən əsası, qeyd etməliyik ki, Azərbaycan-İtaliya arasında münasibətlər yüksələn xətt üzrə inkişaf etdir. Avropa İttifaqının vacib dövlətlərindən olan İtaliya ilə əlaqələrin inkişafı təbii ki, siyasi dialoqun nəticəsidir. Burada diplomatik münasibətlərin də xüsusi yeri var.
Semur Əsgərov,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının məsləhətçisi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-03-2025
09:00 Qardaşlığın simvolu
07-03-2025