Mobil versiya
Bakıda 27 yaşlı qızı əcnəbi sevgilisi döydü
Tarix: 25-05-2016 | Saat: 14:35
Bölmə:Cəmiyyət | çapa göndər



Bakının Xətai rayonunda cinayət hadisəsi baş verib.

Aia.az teleqraf.com-a istinadən bildirir ki, hadisə rayonun 7-ci Əhmədli küçəsi, ev 10-da qeydə alınıb.

Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü A.Q. polisə şikayət edərək əcnəbi sevgilisi tərəfindən döyüldüyünü bildirib. O, qeyd edib ki, uzun müddətdir Əfqanıstan vətəndaşı, 1990-cı il təvəllüdlü Nasrullah Mohsen Sadehgi ilə qeyri-rəsmi yaşayıb.

27 yaşlı qızın sözlərinə görə, son günlər əcnəbi sevgilisi ilə münasibətləri gərginləşib. Sonuncu dəfə sevgilisi ilə mübahisə edən qız döyülüb. O, xəstəxanada tibbi yardım alıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsində araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024