Mobil versiya
Mingəçevir şəhərində Vətən müharibəsi şəhidinin doğum günüdə xatirəsi anılıb - FOTOLAR
Tarix: 30-08-2022 | Saat: 18:19
Bölmə:Ölkə | çapa göndər

Mingəçevir şəhərində Vətən müharibəsi şəhidinin doğum günüdə xatirəsi anılıb

Mingəçevir şəhərində Vətən müharibəsi şəhidi Məmişov Nurlan İlqar oğlunun doğum günüdə xatirəsi anılıb.

AİA.Az xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP ) Mingəçevir şəhər təşkilatının sədr müavini Bəxtiyar Mustafayev , Mingəçevir şəhər İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Seymur Hidayətov , Azərbaycan Qarabağ Müharibəsi Əlilləri , Veteranları və Şəhid ailələri ictimai Birliyinin şəhər şöbəsinin üzvləri şəhid Məmişov Nurlan İlqar oğlunun Mingəçevir şəhər Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edib, gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Tədbirdə çıxış edənlər şəhidin keçdiyi şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi igidlikdən söhbət açıblar.

Daha sonra tədbir iştrakçıları şəhidin ailəsinə baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident , Ali Baş Komandan İlham Əliyevə , Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Məmişov Nurlan ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “ Suqovuşanın azad olunmasına görə” müdalları ilə təltif olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024