Mobil versiya
Şöhrəddin Verdiyev: “27 sentyabr – Erməni faşizminin sonunu gətirən ilk gün”
Tarix: 28-08-2022 | Saat: 11:02
Bölmə:Ölkə | çapa göndər

Şöhrəddin Verdiyev: “27 sentyabr – Erməni faşizminin sonunu gətirən ilk gün”

“İki il bundan öncə Ali Baş Komandan cənab İlham Əliyev erməni təxribatlarının birdəfəlik qarşısının alınması və torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Şanlı Ordumuza hərbi əməliyyatlara başlamaq əmrini verdi. 2020-ci il sentyabrın 27-si Erməni faşizminin sonunu gətirən ilk gün kimi tarixə düşdü. Bu taleyüklü qərar Azərbaycan xalqının, Azərbaycan dövlətinin ən yeni tarixində dönüş nöqtəsi oldu. 44 günlük Vətən müharibəsində əldə olunmuş möhtəşəm tarixi Qələbə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, xalqın qürurunu və ruhunu özünə qaytardı.”

Bu sözləri saytımıza verdiyi müsahibəsində “Gəncə Su Kanal” Törəmə Açıq Səhmdar Cəmiyyətinin sədri Şöhrəddin Verdiyev deyib.

Əməkdaşımızın suallarını cavablandıran Şöhrəddin Verdiyev xüsusi olaraq vurğulayıb ki, Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər ilk növbədə Azərbaycan xalqının öz Prezidentinə olan sevgisinin və sarsılmaz inamının daha bir təcəssümü oldu: “Möhtərəm Prezidentimizin tarixi Qələbəmiz münasibətilə xalqa etdiyi müraciətində də dediyi kimi, məhz Azərbaycan xalqının öz dövlətinin başçısı ətrafında sıx birləşməsindən yaranmış dəmir yumruq düşmənlərimizin başını əzdi. Azərbaycanın otuz il işğal altında qalan torpaqlarını azad etməklə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Ordumuz xalqının qürurunu özünə qaytardı. Artıq Azərbaycan vətəndaşları öz ölkələrində məcburi köçkün həyatı yaşamaq məcburiyyətində olmayacaqlar. İnsanlarımız işğaldan azad edilmiş dədə-baba yurdlarına qayıdacaq, həmin torpaqlarda həyat yenidən başlayacaq. Bu gün biz hamımız bu möhtəşəm qayıdışın ilk addımlarının da şəxsən Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən necə atıldığını qürurla izləyirik. Möhtərəm dövlət başçımızın işğaldan azad edilmiş rayon və şəhərlərimizə etdiyi tarixi səfərlərin hər biri bu qayıdışı təmin edən irimiqyaslı layihələrin reallaşması ilə əlamətdar olur.”

Daha sonra müsahibimiz bu gün sürətlə bərpa olunan Şuşanın azad edilməsini Vətən müharibəsinin həlledici epizodu olduğunu qeyd edərək bunları deyib: “Noyabr ayının 8-də Ali Baş Komandanımızın rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu Şuşanı azad etdi. Bundan dərhal sonra daha 72 yaşayış məntəqəsi və strateji yüksəliklər əsgərlərimizin ildırım sürətli həmləsi ilə azad olundu. Düşmən yaranmış vəziyyətdən yeganə çıxış yolunun yalnız təslim olmaqda olduğunu anladı. Nəticədə Ermənistan faktiki olaraq özünün kapitulyasiya aktı anlamına gələn üçtərəfli bəyanatı imzalamalı oldu. 2020-ci il noyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanata əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradıldı. 10 noyabr bəyanatının şərtlərinə əsasən Kəlbəcər, Ağdam və Laçın rayonlarından ermənilərin hərbi əməliyyatlar aparılmadan çıxarılması dövlətimizin siyasi-diplomatik cəbhədə də böyük qələbəsi oldu.”

Həmçinin Şöhrəddin Verdiyev öz müsahibəsində qeyd edib ki, Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsi ölkəmizin inkişaf etmiş iqtisadiyyata və güclü orduya sahib ola bilməsi ilə təmin edilmişdir: “Ali Baş Komandan cənab İlham Əliyevin dəfələrlə öz çıxışlarında qeyd etdiyi kimi, bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil. Asılı olsaydı, bizə təzyiqlər edilə bilərdi. Onsuz da edilmişdi, ancaq onların heç bir səmərəsi olmadı. Çünki Azərbaycana qarşı iqtisadi amildən istifadə etmək mənasızdır. Biz heç kimdən asılı deyilik, hansısa ölkədən, hansısa beynəlxalq maliyyə qurumundan asılı deyilik. Ölkə Prezidenti cənab İlham Əliyev müharibəyə qədərki dövrdə daim deyirdi ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik. Möhtərəm dövlət başçımız məqsədyönlü fəaliyyəti və ciddi səyləri nəticəsində bunu təmin etdi. Bizim kifayət qədər güclü iqtisadi potensialımız və maliyyə resurslarımız imkan verdi ki, iqtisadi müstəqilliyi tam təmin edək. Bu da qələbənin əldə edilməsində xüsusi rol oynadı.”

Sonda Şöhrəddin Verdiyev Ermənistanın hələ də 10 noyabr Üçtərəfli bəyanatını imzalamaqla üzərinə götürdüyü öhdəliklərə əməl etməməklə regional sülhə təhdid yaratdığını vurğulayaraq bunları deyib: “2020-ci il noyabrın 10-də imzalanmış üçtərəfli bəyanatın 4-cü bəndində deyilir: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir”. Başqa sözlə, atəşkəsin imzalandığı gecə Rusiya sülhməramlıları Azərbaycan ərazisinə daxil olduqları zaman ona paralel olaraq erməni silahlıları Azərbaycan ərazisini tərk etməli idi. Ancaq bu baş vermədi. Belə olduğu halda sual olunur ki, Azərbaycan ərazisində erməni silahlı dəstələri hansı məqsədlə saxlanılır? Aydındır ki, bunun yalnız bir cavabı ola bilər və bu da ölkəmizə qarşı yeni təxribatların törədilməsi cəhdləridir. Lakin erməni silahlıları və onlara havadarlıq edən qüvvələr bilməlidilər ki, belə cəhdlərin hər biri yalnız onların özləri üçün növbəti məğlubiyyətlə başa çatacaq. Şanlı Ordumuz avqustun 3-də uğurla həyata keçirdiyi “Qisas” əməliyyatı ilə bunu bir daha aydın şəkildə hər kəsə nümayiş etdirdi. Azərbaycan bu gün Cənubi Qafqazda sülhün qarantıdır və bu sülhə qarşı yönələn bütün təhdidlər dərhal və qətiyyətlə aradan qaldırılacaq.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024