Mobil versiya
AZƏRGAYCAN VƏ QAZAXSTAN DOSTLUĞU SARSILMAZ ƏSASLAR ÜZƏRİNDƏ QURULUB
Tarix: 26-08-2022 | Saat: 20:27
Bölmə:Ölkə | çapa göndər

AZƏRGAYCAN VƏ  QAZAXSTAN  DOSTLUĞU SARSILMAZ ƏSASLAR ÜZƏRİNDƏ  QURULUB

Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Xalqlarımız eyni etnik soy-kökə malik olmaqla yanaşı, həm çar Rusiyası, həm də sovet dönəmində vahid mərkəzdən idarə ediliblər. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.Ortaq dil, mədəniyyət və din bağı olan bu qardaş xalq daim Azərbaycanın haqq işini müdafiə edib.

Hər iki dövlət arasında siyasi və diplomatik münasibətlər isə müstəqilliyin bəhrəsidir. Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevlə Qazaxıstanın Birinci Pezidenti-Elbası Nursultan Nazarbayev arasında bağlanmış soxsaylı müqavilələr bu iki xalqın taleyində mühüm rol oynamış, dövlətlərimizin vahid strategiyaya əsaslanan əməkdaşlığının əsasını qoymuşdur.

Heydər Əliyev siyasi kursunun layiqli davamçıəsı cənab Prezident İlham Əliyev bu kursu inamla və yeni müstəvidə uğurla davam etdirərək iki xalq, iki dövlət arasında sözün əsil mənasında birlik və qardaşlıq körpüsü yarada bilmişdir. Xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymət təqdirəlayiqdir. Onun Qazaxıstanın ali ordeni olan “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi hər bir vətəndaşda qürur hissi doğurur.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin səfəri çərçivəsində Azərbaycan ilə Qazaxıstan arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqramın və strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamənin imzalanması iki ölkənin perspektiv əməkdaşlıq əlaqələrinin daha da inkişafına əlavə təkan verəcək. Bütün bunlardan əlavə Qazaxıstan Azərbaycanın reallaşdırdığı daha bir iri layihənin – Zəngəzur dəhlizinin tərkib hissəsinə çevrilməkdədir. Bu mənada, ölkələrimizi birləşdirən Orta Dəhlizin çox böyük perspektivləri də reallaşmış olacaq

Qazaxıstan Prezidentinin Azərbaycan arasında dövlət başçıları səviyyəsində bir sıra mühüm sənədlərin imzalanması, iki ölkə arasında münasibətlərin yeni bir mərhələyə çıxacağına dəlalət edidir. Bu günə kimi Azərbaycanla Qazaxıstan arasında müxtəlif sahələrdə əməkdaşlıq mövcud idi. Bu səfərdən sonra yeni bir mərhələnin başlanğıcı heç şübhəsiz iki ölkə arasında həmin münasibətlərin yeni bir mərhələyə çıxarılması, eyni zamanda iki ölkənin inkişafına və tərəqqisinə xidmət edəcəkdir və xalqlarımızı, ölkələrimizi daha da yaxınlaşdıracaq.

Zamanın sınağından çıxmış, dostluq, qardaşlı, bərabər imkalara və qarşılıqlı əməkdaşlığa əsaslanan münasibətlərin davam və inkişaf etdirilməsi təkcə iki ölkənin deyil, həm regionun, həm də bütövlükdə Türk dünyasının inkişafında böyük rol oynayacaq, Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcəkdir. Çünki bu birlik, bu əməkdaşlıq sarsılmaz əsaslara malikdir.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024