Mobil versiya
Mehriban xanımın ən qiymətli mükafatı ümumxalq məhəbbətidir
Tarix: 25-08-2022 | Saat: 12:00
Bölmə:Ölkə | çapa göndər

Mehriban xanımın ən qiymətli mükafatı ümumxalq məhəbbətidir

Uzun illərdən bəri bütün həyatı xaqla, onun qayğılarıyla sıx bağlı olan, aydınlığı və genişliyi ilə diqqət çəkən, xalqın tyaleyini öz taleyində yaşayan, sadəliyi, xeyirxahlığı ilə ürəklərə yol tapıb sevilən bir xanım var. Paylaşımlarında, müraciətlərinin sonunda bütün titullardan imtina edib sadəcə “Sizin Mehriban” yazan, milyonların əziz anası, bacısı, övladı olmağı haqq edən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO və İSESKO-nun xoşmərəamlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva. Gənclik illərindən, icitmai mühitə daxil olduğu vaxtlardan vətənə, xalqa bütün varlığı ilə xidmət etməyi şərəf bilən, ictimai və mənəvi vəzifəni, məqsədi böyük sevgi ilə daşımağı həyat amalı bilən Mehriban xanım.

Mehriban xanım Əliyeva insanlıq, şəfqət, nəciblik və mərhəmət kimi ali insani dəyərlərin unikal harmoniyasını xarizmatik davranış norması ilə tamamlamağı bacaran bənzərsiz şəxsiyyətdir. Ona üz tutan elə bir adam tapılmaz ki Mehriban xanımın ana şəfqətini, bacı məhəbbətini, insanlıq nümunəsi olan qayğı cə sayğısını duymasın. Çünki o, böyüdüyü, tərbiyə aldığı mühitin övladıdır. O, Mir Cəlal kimi nəhəng, milli qeyrətdən yoğrulmuş, xalqın yaddaşında özünə bədi yer eləmiş Kişinin ocağında dünyaya göz açmışdır. O, Arif Paşayev və Aida İmanquliyeva kimi nəhəg elm adamlarının övladıdır. O, dünya şöhrətli siyasətçi Ulu Öndər Heydər Əliyevin siyasi məktəbində yetişmiş, Zərifə xanım Əliyeva kimi bir insanın xeyirxahlıq, nəciblik, alicənablıq nümunələrindən bəhərlənmişdir.

Mehriban xanım məsuliyyəti ləyaqətlə bölüşməyin parlaq nümunəsini yaradan bir dövlət xadimidir.Hamımız üçün qürurverici məqam ondan ibarətdir ki, tarixdə ilk dəfə olaraq Azərbaycan qadını məhz Mehriban xanımın timsalında ali icra hakimiyyətində xalqın və dövlətin taleyi üçün cavabdehliyin ən yüksək səviyyəsində təmsil olunmuşdur. Onun ictimai fəaliyyətə qoşulduğu illər Azərbaycanda xalqın milli oyanış dövrünün ilkin çağlarına təsadüf edir. Ulu Öndərin yaratdığı və özünün də müəllifi olduğu Yeni Azərbaycan Partiyasının təşəkkül tapdığı 1992-ci ildən Mehriban xanım partiyanın üzvü olaraq, vətənin çiçəklənməsi, xalq təfəkkürünün, milli düşüncənin yenilənməsi, müasir cəmiyyətin qurulması prosesinin fəal iştirakçısına çevrildi. O, bilirdi ki, milləti qədim, köklü xalq kimi tanıdan və dünya cəmiyyətində qəbul etdirən onun dili, mədəniyyəti, tarixi, milli-mənəvi dəyərləridir. Məhz buna görə də o, özünün hərtərəfli fəaliyyətini bu amillər, prinsiplər üzərində qurdu. Bütün varlığı ilə Azərbaycançılıq ideologiyasına bağlılığı, dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə fəaliyyət göstərməsi qısa bir zamanda Ona xalqın böyük rəğbətini, sevgisini qazandırdı.

3 dəfə (2005, 2010, 2015) seçicilərinin böyük etimadını qazanaraq Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilən Mehriban xanım Əliyeva:“Siz mənə səs verməklə, sizin və balalarınızın ümidlərinin gerçəkləşməsinə səs vermisiniz” vədini əzmkarlıqla həyata keçirdi və bir daha sübut elədi ki, məsuliyyət və düzgün idarəçilik çox şeyə qadirdir. Eyni zamanda, Mehriban xanım deputat kimi çox geniş beynəlxalq fəaliyyət göstərərək Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizə olan beynəlxalq etimadın möhkəmlənməsində kifayət qədər ciddi nəticələr əldə etmişdir.

Bu gün Azərbaycanın ictimai həyatında elə bir sahə yoxdur ki, orada mehriban xanımın diqqəti və qayğısı hiss edilməsin. Milli məfkurəyə, mənəvi dəyərlərə xidmət edən hər nıə varsa onun qorunmasında, təbliğ edilməsində, dünya miqyasında tanıtdırılmasında Mehriban xanımın fəaliyyəti qabarıq şəkildə özünü büruzə verir.

Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyəti həm ölkə, həm də bir çox xarici dövlətlərin ali mü¬kafataları ilə təltif olunmaqla yüksək qiymətləndirilmişdir. Bunların sırasında “Heydər Əliyev” ordeni və Heydər Əliyev mükafatı (Azərbaycan Respublikası), “Şərəf legionu” ordeni (Fransa Respub¬likası), “Xidmətlərə görə” Böyük Koman¬dor Xaçı Ordeni (Polşa Respublikası), “Hilal-e Pakistan” ali ordeni (Pakistan İslam Respublikası), “Sreten” ordeni (Serbiya Respublikası), “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni (Macarıstan Respublikası), “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə“ ordeni (Rusiya Federasiyası), UNESCO-nun “Qızıl Motsart” medalı, Krans Montana Forumunun qızıl medalı və “Prix de la Fondation” mükafatı, Avropa Olimpiya Komitəsinin Ali Ordeni, Küveyt Dövlətinin Fəxri diplomu, Dünya Səhiyyə Təşkılatı İcraiyyə Komitəsinin “Ana, uşaq və ailənin sağlamlığının qorunması və möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə” mükafatı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalı, “Qızıl ürək” beynəlxalq mükafatı, Beynəlxalq Olim¬piya Akademiyasının “Olympic Excellen¬ce” xüsusi fəxri mükafatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatı, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Univer-sitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin Fəxri doktoru adını, habelə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı fərmanla “Dostluq “ ordenini göstərmək olar. Ən qiymətli mükafat isə təbii ki Mehriban xanıma olan ümumxalq məhəbbətidir. Çünki bu məhəbbəti qazanmaq hər adama nəsib olmur.
UNESCO-da və İSESCO kimi nüfuzlu beynəlxalq təşkilatların xoşməramlı səfiri kimi Mehriban xanımın fəaliyyəti təqdirəlayiqdir. On milyonların ümid yeri, pənah yeri olan Mehriban xanım beynəlxalq səviyyədə tanınır, əməlləri ilə böyük hörmət, nüfuz qazanır. Ənənəvi olaraq ölkəmizdə keçirilən Beynəlxalq Muğam, Qəbələdə Beynəlxalq Musiqi festivallarının keçirilməsi, paytaxtda Beynəlxalq Muğam Mərkəzinin yaradılması, Azərbaycan musiqisinin fəlsəfəsi adlandırılan, xalqımıza xas, eyni zamanda, bütün dünya musiqi ictimaiyyəti üçün dəyərli olan muğam sənətinin yaşadılması naminə 24 tanınmış, korifey xanəndənin ifasında səslənən muğamların toplandığı “Qarabağ xanəndələri” musiqi albomunun nəşri əsl vətənpərvərlik, milli-mənəvi dəyərlərə bağlılıq nümunəsi, fədakarlıqdır. Xoşməramlı səfir kimi göstərdiyi səylər nəticəsində muğam və aşıq, tar ifaçılıq sənəti, eləcə də Azərbaycan xalçası, Novruz bayramı, kəlağayı sənəti, İçərişəhər, Qız qalası və Şirvanşahlar sarayı kompleksi, Şəki xan Sarayı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi ilə Azərbaycan dünyanın ictimai, siyasi, humanitar mərkəzinə çevrildi. Bu etimad da Mehriban xanımın təşkilatda səmərəli fəaliyyətinin nəticəsidir.

2017-ci ilin fevral ayından etibarən fəaliyyətini daha geniş spektrdə davam etdirən Mehriban xanım Əliyeva Birinci vitse-prezident vəzifəsinə təyin olundu.

Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi mərasimində çıxış edən Prezident İlham Əliyevin “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında mühüm və fəal rol oynayır. Bax bu, çoxşaxəli fəaliyyət və eyni zamanda uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır” sözləri Azərbaycan qadınının siyasətdə özünütəsdiqinin ifadəsidir.
44 günlük Qarabağ savaşında və ondan sonrakı dövrdə Mehriban xanımın Prezident, Ali Baş Komandan İlham Əliyevlə birgə fəaliyyəti Mehriban Əliyevanın həm Birinci vitse-prezident kimi, həm də birinci xanım kimi, sədaqətli silahdaş kimi missiyasını sədaqətlə yerinə yetirdiyinin bariz nümunəsidir. Bu günlər bizim gözlərimiz qarşısında tarixə çevrilir. Bu mənada tarix şəxsiyyətləri yetişdirdiyi kimi, şəxsiyyətlər də tarixi yaradır və yazırlar.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Vətənin və xalqın taleyində oynadığı rol da tarixləşir, şanlı tariximizin mötəbər və məzmunlu səhifəsinə çevrilir. Onun hər zaman dövlətçiliyimizə, xalqımıza xidmət etmək istəyi, arzusu bu gün real həyat həqiqətidir.

Qarşıdan Mehriban xanım Əliyevanın doğum günü gəlir. Bu gün Azərbaycan xalqı üçün əlamətdar bir gündür. Çünki onun qızıl ürəkli, mərhəmət və şəfqət simvolu olan, Birinci xanım kimi, siyasi şəxsiyyət kimi yetişmiş, püxtələşmiş övladının doğum günüdür. Müasir dövrdə Azərbaycançılıq məfkurəsini inkişaf etdirən, bu yolda bütün əzmi ilə fəaliyyət göstərərək yeni nəsillərə nümunə olan Mehriban xanımı təbrik edir, ona həyatın ən gözəl neməti olan cansağlığı, millətimizin və dövlətimizin inkişafı yolunda apardığı mübarizədə müvəffəqiyyətlər arzulayıram.

Elçin Əsədov
Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi,Yeni Azərbaycan
Partiyası Neftçala rayon təşkilatının Ağsaqqallar Şurasının üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024