Mobil versiya
Oğuzda dağlıq ərazilərdəki yanğın söndürülüb
Tarix: 25-08-2022 | Saat: 10:04
Bölmə:Karusel / Ölkə | çapa göndər

Oğuzda dağlıq ərazilərdəki yanğın söndürülüb

Oğuz rayonunda dağlıq ərazilərdə baş verən yanğın söndürülüb.

aia.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, yanğın avqustun 24-də rayonun Muxas və Baş Daşağıl kəndlərindəki yüksək dağlıq ərazilərdə qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi həyəti, o cümlədən meşə təsərrüfatı işçiləri əraziyə cəlb olunub.

Gecə saatlarında yanğın söndürülüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024