Mobil versiya
Qazaxda 17 yaşlı qız aldadılaraq qaçırılıb
Tarix: 24-08-2022 | Saat: 14:01
Bölmə:Karusel / Ölkə | çapa göndər

Qazaxda 17 yaşlı qız aldadılaraq qaçırılıb

Qazax rayonunda 17 yaşlı qız qaçırılıb.

aia.az-ın məlumatına görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

“Qazaxda 17 yaşlı qız qaçırılıb. Ailə iddia edir ki, polis onlara deyib ki, gedin “şirin dillə”, başlarını tovlayıb qızınızı geri alın. Qızı aldadıb aparıblar”, - deyə o qeyd edib.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı Qazax Rayon Polis Şöbəsinə müraciət daxil olub:

“Hazırda araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024