Mobil versiya
Ağdamda da meşə yanğını olub
Tarix: 22-08-2022 | Saat: 17:27
Bölmə:Ölkə | çapa göndər

Ağdamda da meşə yanğını olub

Ağdamda meşəlik ərazidə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, "112" qaynar telefon xəttinə Ağdam rayonu, Cinli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Qarabağ Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.

Həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək geniş əraziyə yayılmasına imkan verilməyib.

Yanğın nəticəsində ümumilikdə açıq ərazidə təxminən 40 hektar sahədə kol-kos, quru ot və 20 hektar sahədə meşə ərazisi yanıb. Sıx meşəlik yanğından mühafizə olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024