Mobil versiya
Lənkəranda Şəhid Afərin Qulamzadənin Xatirə gecəsi keçirilib Fotolar
Tarix: 20-08-2022 | Saat: 15:58
Bölmə:Ölkə | çapa göndər

Lənkəranda Şəhid Afərin Qulamzadənin Xatirə gecəsi keçirilib

AİA.Az xəbər verir ki, Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sistemində Lənkəran Regional Mədəniyyət idarəsinin təşkilatçılığı ilə Vətən Müharibəsində Qəhrəmancasına Şəhid olmuş Afərin Qulamzadənin Xatirə gecəsi tədbiri keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Lənkəran Regional Mədəniyyət idarəsinin Rəisi Şahin Şahbazov Şəhidlərimizin göstərdiyi şanlı döyüş yolundan və Azərbaycan Xalqının Böyük Qələbəsindən danışdı. Tədbirdə Şəhid Afərin Qulamzadənin Anası Təranə Qulamova, Atası Müqəddəs Qulamov, Lənkəran Şəhər İcra hakimiyyətinin Hüquq Şöbəsinin Müdiri Emin Quliyev, Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Direktoru Nuranə Nəsirova, Lənkəranın ictimai fəal Gənci, Gənc Müğənni Allahverən Pərvizoğlu, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran Rayon Şöbəsinin sədr müavini Saleh Dostiyev, Mamusta kənd tam orta məktəbinin direktoru Yaxşıxanım Fərzullayeva, Qazi Ağasəlim Camalov çıxış edərək Şəhid Afərin Qulamzadənin göstərdiyi şanlı döyüş yolundan danışıblar. Tədbirin sonunda Lənkəran rayonu Mamusta kənd tam orta məktəbin şagirdlərinin ifasında Vətənpərvərlik ruhunda şeirlər səsləndirilib



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024