Mobil versiya
4-cü sinif şagirdlərinə "Kalaşnikov dərsi":
Tarix: 24-05-2016 | Saat: 13:42
Bölmə:Təhsil | çapa göndər




"Azadlıq radiosu"nun məlumatına görə, "The İndependent" qəzeti yazır ki, Rusiya Müdafiə Nazirliyinin bu təşəbbüsünün həyata keçirilməsində Sovet zəmanəsindən qalma və yenidən dirçəldilmiş Yunarmiya - Gənc Ordu aparıcı rol oynayacaq. Bu dərslərdə avtomat silahların yığılması, atıcılıq və paraşütlə tullanmaqdan başqa döyüş taktikası və hərbi tarix də tədris olunacaq. Yaroslavl şəhərində pilot layihə kimi başlanmış dərslər gələn dərs ilindən, yəni 2016-cı ilin sentyabrdan etibarən orta məktəblərin tədris planına daxil ediləcək.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, bu dərslərin keçilməsinə ehtiyac "kəskin artmış vətənpərvərlik və vətənə xidmət yanğısından" doğub. Hərbi dərslər Rusiya məktəblərinin yuxarı siniflərində əvvəllər də keçilirdi, indi isə bu dərsləri, demək olar, ibtidai siniflərdən keçəcəklər.

Bəzi xəbərlərə görə, hərbi dərslər 10 yaşdan başlayaraq keçiləcək.

Rəsmilər deyirlər ki, yeni təlimlər məktəblərdə artıq mövcud olan hərbi dərslərə əlavə ediləcək və icbari olmayacaq. Bildirilir ki, uşaqlar hərbi forma geyinəcəklər və onların öz "qərargah"ları və "bayraq"ları olacaq.

Qeyd edək ki, Azərbaycanda da orta məktəblərdə uzun illərdir ki, 10, 11-ci sinif şagirdləri üçün "Gənclərin çağırışaqədərki hərbi hazırlıq" fənni tədris olunur. Hərçənd, onun tədrisi heç də bütün məktəblərdə eyni cür, eyni təchizatla və səviyyədə deyil.

Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən hərbi-siyasi məsələlər üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirib ki, keçmiş SSRİ-nin bir çox müsbət dəyərləri müstəqil Azərbaycan dövlətində də tətbiq edilsə, çox yaxşı olar:

"Təkcə o dövrün səhiyyə və təhsil sistemindən biz doğru və düzgün istifadə etsək, gənc Azərbaycan dövləti çox böyük fayda əldə edə bilər. İndi də Rusiyanın bu addımı elə-belə, adi addım deyil. Həqiqətən də əgər bir dövlət və xalq öz müstəqilliyini və dövlətçiliyinin əbədi olmasını istəyirsə, o hər zaman onu mükəmməl şəkildə qorumağı da düşünməli və bacarmalıdır. Bu qərar məhz bu arzu və istəkdən doğan bir addım kimi dəyərləndirilsə, doğru olar".

Ekspertin fikrincə, ölkəmizdə də orta təhsil məktəblərində çağırışaqədər hərbi hazırlıq dərsləri keçirilsə də, bu işin təkmilləşdirilməsinə çox böyük ehtiyac var: "O məktəblərdə ki, harada bu dərslərin keçirilməsi peşəkarlara həvalə olunub, orada çox böyük uğurlar əldə olunub. Məsələn, bu yaxınlarda biz tanınmış bədii qiraətçi Ağalar Bayramov və keçmiş hərbçi Şəmistan Əlizamanlı ilə Xəzər rayonundakı Fuad Fərhad oğlu adına 230 saylı tam orta məktəbdə Azərbaycan Silahlı Qüvvələrinə həsr edilmiş "İgid əsgər, möhkəm dayan!" adlı möhtəşəm bir tədbirdə iştirak etdik. Gördük ki, bu məktəbdə ən kiçik yaşlardan tutmuş, yuxarı siniflərə kimi bütün şagird və müəllimlər bu məsələyə necə diqqət ayırırlar. Qardaşı Mehman Qafarov Qarabağ savaşında qəhrəmancasına şəhid olan direktor Elşən Qafarov, demək olar ki, hər həftə məktəblərində bu səpkili tədbirlər keçirməklə böyüməkdə olan gənc nəslə yüksək vətənpərvərlik hisslərinin aşılanmasında misilsiz işlər görür. Mən təkcə bir misalı çəkdim.

Əlbəttə ki, Rusiya dövlətinin təkcə Yaroslavl vilayətində həyata keçirdiyi bu pilot layihə, hesab edirəm ki, bütün məktəblərdə yaxın gələcəkdə tədris olunmağa başlayacaq. Bu işi biz də öz təhsil ocaqlarımızda həyata keçirməliyik. Bunun üçün bütün şərtlər və imkanlar mövcuddur. Qalır təkcə bu işi peşəkarlara və Vətənə ürəkdən bağlı insanlara həvalə etmək".

Xatırladaq ki, təxminən 1 il bundan əvvəl təhsil naziri Mikayıl Cabbarov bildirmişdi ki, Azərbaycanda orta məktəblərdə çağırışaqədərki hərbi hazırlıq fənni nə qədər yüksək səviyyədə keçirilsə, ordudakı hərbi xidmət də məhsuldar və keyfiyyətli olacaq: "Bunun bir çox səbəbləri var. Təbii olaraq birinci səbəb Azərbaycanın müharibə şəraitində yaşamasıdır. Hər zaman bizim ümumtəhsil sistemində tətbiq etdiyimiz hərbi hazırlıqda, vətəndaş ruhunun formalaşması da nəinki zəruri, hətta ən mühüm məsələlərdən biridir. Düşünürük ki, nə qədər ki, tədris prosesində məktəb uşaqlara ilkin bilikləri aşılayacaq, orduda xidmət məhsuldar və keyfiyyətli olacaq"



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024