Mobil versiya
Bəxtiyar Mustafayev: “Qarabağda yaşayan ermənilər onlara verilən tarixi şansı qaçırmamalıdırlar”
Tarix: 16-08-2022 | Saat: 14:20
Bölmə:Gündəm | çapa göndər

Bəxtiyar Mustafayev: “Qarabağda yaşayan ermənilər onlara verilən tarixi şansı qaçırmamalıdırlar”

“Son illər respublikamızın bütün rayon və bölgələrində həyata keçirilən abadlıq-quruculuq işləri xüsusilə geniş vüsət almaqdadır. Dinamik inkişaf edən Azərbaycanın durmadan artan iqtisadi gücü, əldə olunan imkanlar bütünlüklə dövlətimizin güclənməsinə, vətəndaşların rifah halının yüksəlməsinə yönəldilib. O cümlədən bölgələrdə ardıcıl olaraq həyata keçirilən regionların iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində mühüm infrastruktur layihələri həyata keçirilməkdədir. Bu gün əksər rayonlarımızın hətta ən ucqar kəndlərində belə qazlaşdırma, elektrik və su təchizatı məsələləri demək olar ki, tam olaraq öz həllini tapıb. Həmçinin regionlarda yol infrastrukturunun yenidən qurulması işi də son illər böyük vüsət alıb. Artıq respublikanın bütün rayonlarında həm şəhərlərarası, həm də daxili yollar ən yüksək standartlara cavab verəcək səviyyədə yenidən qurularaq vətəndaşların istifadəsinə verilib. Təbii ki, artıq bütün problemlərin tam həllinə nail olunduğunu demək hələ tezdir. Bu gün də regionlarda irimiqyaslı layihələrin icrası davam etdirilir. Həm də bu işlər birbaşa dövlətin nəzarətində həyata keçirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin müntəzəm olaraq ölkənin müxtəlif rayon və bölgələrinə etdiyi səfərlər də görülən işlərin bilavasitə dövlət başçısının nəzarətində olduğundan və dail xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini Bəxtiyar Mustafayev deyib.

Hakim partiya təmsilçisi Prezident İlham Əliyevin avqustun 12-də Ağsu və İsmayıllı rayonlarına etdiyi səfərin əhəmiyyətini qeyd edərək bunları deyib: “Möhtərəm dövlət başçımızın bölgələrə etdiyi səfərlər və əlbəttə ki, bu səfərlər zamanı baş tutan açılış və təməlqoyma mərasimləri bilavasitə həmin rayonlarda görülən işlərin miqyasını əks etdirir. Ölkə Prezidentinə olunan məruzələr isə əslində bütün xalqımıza təqdim edilən hesabat xarakterini daşıyır. O cümlədən Ölkə Prezidenti cənab İlham Əliyevin avqustun 12-də Ağsu və İsmayıllı rayonlarına etdiyi səfər çərçivəsində də bir sıra mühüm obyekt və müəssisələrin açılışı oldu. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu gün ölkəmizdə həm daxil, həm də xarici turizmin inkişafı istiqamətində əhəmiyyətli addımlar atılır. Məlum olduğu kimi, Qobustan rayonu da geniş turizm imkanlarına malik bölgələrimizdən biridir. Dövlət başçısının bir müddət əvvəl bərpası və koservasiyası barədə göstəriş verdiyi “Diri Baba” türbəsi də özünün unikallığı ilə bütün Qafqaz bölgəsində seçilir. Avqustun 12-də Ölkə Prezidenti cənab İlham Əliyev bu qədim tarixi abidədə görülən işlərlə də tanış olub və onun ətrafında turizm infrastrukturunun yaradılması ilə bağlı əlavə tövsiyyə və tapşırıqlarını verib. Həmçinin möhtərəm dövlət başçımızın Basqal qəsəbəsinin inkişafı, Basqalın tarixi irsinin qorunması ilə bağlı bir neçə il bundan əvvəl verdiyi xüsusi Sərəncam ümumilikdə İsmayıllı rayonunun inkişafına böyük töhfədir. Basqal Azərbaycanın qədim və özünəməxsus tarixi olan kəndlərindən biridir. Qeyd olunan Sərəncam isə, eyni zamanda həm bu məkanın tarixi simasının qorunmasını və eyni zamanda da burada yaşayan insanlar üçün daha yaxşı şəraitin yaradılmasını nəzərdə tutur. Ölkə Prezidenti cənab İlham Əliyevin Ağsu və İsmayıllı rayonlarına səfəri zamanı baş tutan əlamətdar hadisələrdən biri də Basqal qəsəbəsinin girəcəyində yeni, 179 otaqlı müasir otelin açılışı oldu. Bu otelin açılışı, əlbəttə ki, bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək. Eyni zamanda, İsmayıllı rayonunda bu kimi obyektlərin yaradılması yüzlərlə iş yerinin açılması deməkdir. Bu məsələyə xüsusi diqqət edən dövlət başçısı Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində də qeyd etdi ki, yeni iş yerlərinin açılması prosesi Azərbaycanda daim aparılmalıdır. Çünki ölkə əhalisi artır və bunula əlaqədar iş yerlərinə də tələbat artır. Azərbaycan dövləti həm irimiqyalı layihələrin icrası ilə, həm də özəl sektor üçün daha əlverişli şərait yaratmaqla yeni iş yerlərinin açılmasına daim böyük dəstək olur”, - deyə B.Mustafayev bildirib.

Daha sonra müsahibimiz Prezident İlham Əliyevin müsahibəsində Qarabağda yaşayan ermənilərə ünvanlanan çağırışın əsl humanizm nümayişi olduğunu vurğulayaraq belə deyib: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin bütün fəaliyyəti dövründə hər zaman nümayiş etdirdiyi ali insani keyfiyyətlərindən biri də möhtərəm dövlət başçımızın humanistliyi, insansevərliyi olub. Bu gün də Ölkə Prezidenti Qarabağ torpaqlarında yaşayan ermənilərin bütün digər Azərbaycan vətəndaşları ilə eyni hüquqlara sahib olduqlarını vurğulamaqla ölkəmizdə haqq-ədalət prinsiplərinin aliliyini bir daha təsdiqləyir. Artıq Qarabağın erməni əhalisi də başa düşməlidirlər ki, onların yeganə nicat və inkişaf yolu, gələcəkləri yalnız və yalnız Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir və onlar bu tarixi şansı qaçırmamalıdırlar. Yalnız Azərbaycan dövləti bu insanların hüquqlarını və təhlükəsizliyini təmin etməyə qadirdir. Ermənistan hökuməti isə, bu gün artıq bütün fitnəkar planlarından əl çəkməli və Azərbaycanla münasibətlərini normallaşdırmaq üçün 10 noyabr Üçtərəfli bəyanatda təsbit olunan öhdəliklərinə əməl etməli və sülh müqaviləsinin imzalanması üçün dərhal danışıqlar masasına oturmalıdır”, - deyə Bəxtiyar Mustafayev öz fikirlərini tamamlayıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə