Mobil versiya
Bakıda gənc oğlan ürəyindən bıçaqlanıb - TƏFƏRRÜAT
Tarix: 15-08-2022 | Saat: 09:10
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakıda gənc oğlan ürəyindən bıçaqlanıb -

Bakıda bıçaqlanan gənc oğlanın kimliyi məlum olub.

aia.az APA-ya istinadən bildirir ki, ürəyindən bıçaqlanan Muradov Niyammədin Dərşad oğlu parkda qətlə yetirilib.

O, naməlum kişini qadının əlindən telefon alaraq onu döyməsinin şahidi olub.

N. Muradov dərhal həmin kişinin bu əməlinin qarşısını almaq üçün qadını müdafiə etməyə çalışıb.

Naməlum kişi bıçaqla N.Muradovun ürəyinə zərbə endirib.

Xatırladaq ki, Niyammədin Muradov 44 günlük Vətən müharibəsi iştirakçısıdır. o, "Qubadlının azad olunmasına" görə medalı ilə təltif edilib.

***02:25

Bakının Nəsimi rayonunda qanlı hadisə baş verib.

aia.az APA-ya istinadən bildirir ki, hadisə "Kubinka" ərazisində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Niyamməddin Ağayev naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb.

O, elə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları tərəfindən araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024