Mobil versiya
Qurban Yetirmişli: "Lökbatan vulkanının püskürməsi 5 dəqiqədən çox davam edib"
Tarix: 11-08-2022 | Saat: 11:45
Bölmə:Manşet / Gündəm | çapa göndər

Qurban Yetirmişli:

"Lökbatan vulkanı Abşeronda olan aktiv vulkanlardan biridir. Burada dəfələrlə güclü vulkan püskürməsi hadisəsi qeydə alınıb".

Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qeydə alınan vulkan püskürməsi hadisəsi çox güclü olmasa da, 5 dəqiqədən çox davam edib.

Baş direktor bildirib ki, vulkanın dərinliyi 3 km olub: "Yəni, palçıqla birlikdə püskürmə 3 km-dən başlayıb. Ümumilikdə, cəmi bir püskürmə qeydə alınıb. Amma xırda püskürtülər isə hündürlüyə qalxmasa da, davam edəcək.

Təşvişə düşməyə ehtiyac yoxdur. Bu, ölkəmizin ərazisində mövcud olan palçıq vulkanlarından biridir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-01-2025