Mobil versiya
DİN-dən Səfər Mehdiyevi saxlayan polislərlə bağlı AÇIQLAMA - YENİLƏNİB
Tarix: 10-08-2022 | Saat: 14:53
Bölmə:Gündəm | çapa göndər

DİN-dən Səfər Mehdiyevi saxlayan polislərlə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi bir müddət əvvəl Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin idarə etdiyi avtomobili saxlayan yol polislərinin işdən çıxarılmasına münasibət bildirib.

DİN-in Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev "Qafqazinfo"ya bildirib ki, həmin polis əməkdaşlarının daxili işlər orqanlarında xaric edilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Qeyd edək ki, sfera.az saytı məlum videodakı polislərin vəzifələrindən azad edilərək sərəncama götürülməsi barədə məlumat yayıb.

---------

14:13

Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxlayan yol polisləri işdən çıxarılıb.

AİA.Az xəbər verir ki, bu barədə Sfera.az saytı məlumat yayıb. Qeyd olunub ki, sözügedən DYP əməkdaşları vəzifələrindən azad edilərək sərəncama götürülüb.

Xatırladaq ki, bir neçə gün öncə Səfər Mehdiyevin idarə etdiyi avtomobilin saxlanmasını əks etdirən görüntülər yayılıb. Hadisə vaxtı keçmiş sədr idarə etdiyi "Mercedes Galendevagen" markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarına hirslənib.

Özünü general-polkovnik Mehdiyev kimi təqdim edən Səfər Mehdiyevin onu saxlayan polisə "Nə həyasız adamsan? Sirena yandırdığımı görmürsən?" dediyi görünüb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-01-2025