AZ RU Mobil versiya
Abşeronlu şəhid ailələri və qazilər Naftalana müalicə və reabilitasiyaya göndərildi Fotolar
Tarix: 09-08-2022 | Saat: 11:55
Bölmə:Gündəm | çapa göndər

Abşeronlu şəhid ailələri və qazilər Naftalana müalicə və reabilitasiyaya göndərildi

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn Abşeronlu igidlərimizin ailələrinin və qazilərimizin diqqət mərkəzində saxlanılması, onların qayğılarının öyrənilməsi, qarşılaşdıqları problemlərin aradan qaldırılması və eləcə də onların müalicəsinin və istirahətlərinin təşkil olunması istiqamətində Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən layihələr davam etdirilir. Abşeron RİH-nin təşkilatçılığı ilə şəhid ailələrindən və qazilərimizdən ibarət növbəti 14 ailə (15 nəfər) ölkəmizin dilbər guşələrindən olan Naftalan şəhərinə yola salınıb. Onlar Naftalandakı istirahət mərkəzlərindən birində müalicə kursu qəbul edəcək və istirahətləri təmin olunacaqdır.
Bu münasibətlə Abşeron Rayon İcra Hakimiyyətində şəhid ailələri və qazilərlə görüş keçirilib. Görüşdə ümummilli lider Heydər Əliyevin və ölkəmizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RİH başçısı Abdin Fərzəliyev bildirib ki, rayon icra hakimiyyətinin müvafiq şöbəsinin hazırladığı plana uyğun olaraq Abşeronlu şəhid ailələrinin və qazilərin hissə-hissə ölkəmizin səfalı yerlərində istirahəti təşkil olunacaqdır. Bu göndərişin artıq ənənə xarakter daşıdığını, bundan sonra da layihənin davam etdiriləcəyini vurğulayan RİH başçısı qeyd edib ki, bu gün cəmiyyətimiz şəhidlərimizlə, şəhid ailələrimizlə və qazilərimizlə fəxr edir, onlar hamımızın qürur yeri, vətənpərvərlik nümunəmizdir.
Bildirilib ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin “Dəmir yumruq”u ətrafında birləşən, xalqımızın 30 illik vətən həsrətinə son qoyan şəhidlərimizin xatirəsi daima əziz tutulacaq və onların adlarının yaşadılması, əbədiləşdirilməsi istiqamətində addımlar atılır və bundan sonra da lazimi işlər görüləcəkdir. Hazırda işğaldan azad olunan dədə-baba yurdlarımızda böyük və surətli yenidənqurma, abadlıq-quruculuq işlərinin həyata keçirildiyini, şəhərlərimizin, kəndlərimizin yenidən qurulduğunu qeyd edən başçı şəhid ailələrinin Kəlbəcər və Laçında istirahətlərinin təşkil olunacağı günün çox yaxında olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra çıxış edən şəhid ailələri və qazilər onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini qeyd edib və buna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Tədbirdən sonra xatirə şəkili çəkilib və şəhid ailələri və qazilər yola salınıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

9379 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə