AZ RU Mobil versiya
Qazaxda Şəhidimizin əiziz xatirəsi ehtiramla yad edildi - FOTOLAR
Tarix: 06-08-2022 | Saat: 12:33
Bölmə:Ölkə | çapa göndər

Qazaxda Şəhidimizin əiziz xatirəsi ehtiramla yad edildi

AİA.Az xəbər verir ki,06 avqust 2022-ci il tarixdə YAP Qazax rayon təşkilatı Aparatının işçiləri, partiya fəalları və şəhidimizin ailə üzvləri tərəfindən İkinci Qarabağ müharibəsi şəhidi Elşən Ehtiram oğlu Orucovun doğum günündə xatirəsi ehtiramla yad edildi.

Mərasim iştirakçıları rayonun Xanlıqlar kənd qəbiristanlığında uyuyan şəhidimizin məzarını ziyarət edərək qəbri üstünə qərənfillər düzdülər və ruhuna dualar oxudular.

Ziyarət zamanı çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev bildirdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində xalqımıza möhtəşəm qələbə sevinci bəxş etmişdir. Bu qələbə sevincini bizlərə yaşadan oğullarımızdan biri də Elşən Orucovdur. O, şərəfli bir döyüş yolu keçmişdir. Elşən Orucov göstərdiyi igidliyə və şücaətə görə  "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Onun göstərdiyi qəhrəmanlıq gələcək nəsillərə nümunədir. Qədirbilən xalqımız və dövlətimiz müqəddəs şəhidlərimizin əziz xatirəsini həmişə uca tutur, şəhid ailələrinə və qazilərə daim yüksək səviyyədə diqqət və qayğı göstərir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi

8978 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə