AZ RU Mobil versiya
DGK-ya sədr müavini təyin olunan Bəhruz Quliyev kimdir? - Qısa dosye
Tarix: 03-08-2022 | Saat: 12:26
Bölmə:Ölkə | çapa göndər

DGK-ya sədr müavini təyin olunan Bəhruz Quliyev kimdir? - Qısa dosye

Xəbər verildiyi kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev vəzifəsindən azad olunub və başqa sərəncamla Bəhruz Quliyev Dövlət Gömrük Komitəsinə yeni sədr müavini təyin edilib.

Belə bir təyinatın olacağı haqda ilk anonslar hələ ötən ayın ortalarında verilmişdi və ictimaiyyətin diqqəti Bəhruz Quliyevin personası üzərinə yönəlmişdi. Ancaq sonradan başqa təyinatlar baş tutdu deyə B.Quliyevin yüksək vəzifəyə təyin ediləcəyi barədə söhbətlər unuduldu.

Budur, həmin təyinat artıq baş tutub. İndi əsas sual budur: Bəhruz Quliyev kimdir?

Quliyev Bəhruz Faiq oğlu 1981-ci ildə Tovuz rayonunun Düz-Cırdaxan kəndində anadan olub. Aviasiya Akademiyasının məzunudur. Bir müddət əvvələ qədər o, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsini tutub. Daha sonra Dövlət Gömrük Komitəsi gömrük-sərhəd buraxılış məntəqələrinin işinin təşkili baş idarəsinin rəisi vəzifəsini daşıyıb.

AİA.Az xəbər verir ki, musavat.com-un əldə etdiyi məlumata görə, uşaq ikən atasının dünyasını dəyişdiyi və DTK-nın yüksək rütbəli zabiti olan əmisi Eldar Quliyevin himayəsində böyüdüyü bildirilən B.Quliyev gənc (41 yaş) olsa da, gömrük sistemində yeni kadr deyil. Hakim dairələrdə ona etimadın yüksək olduğu bildirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi

11564 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-08-2022