Mobil versiya
Gədəbəy rayonunun məsul işçiləri Şəhid məzarını ziyarət ediblər - FOTOLAR
Tarix: 02-08-2022 | Saat: 15:43
Bölmə:Ölkə | çapa göndər

Gədəbəy rayonunun məsul işçiləri Şəhid məzarını ziyarət ediblər

AİA.Az xəbər verir ki,bu gün-02.08.2022-ci il tarixdə 44 günlük Vətən müharibəsində Şəhid olan Gədəbəy rayonunun Novoivanovka kəndindən Hacıyev Şəhriyar Şahlar oğlunun doğum günü münasibətilə Gədəbəy rayon İH Başçısı səlahiyyətlərini icra edən Natiq Nağıyev , YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, Şəhid ailələri , Gədəbəy rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, 103 saylı Dairə Seçki Komissiyasından seçilən Deputatın köməkçisi Elşad İsmayılov, Gədəbəy Rayon Cümə məscidinin imamı Rövşən Mustafayev və kənd camaatının iştirakı ilə məzarı ziyarət olundu, ruhuna dualar oxundu, əziz xatirəsi böyük ehtiramla yad edildi. Eyni zamanda Novoivanovka kəndindən olan digər şəhidlərin də məzarları ziyarət olundu.

Yaşasaydı 23 yaşı tamam olacaqdı Şəhriyarın.

Şəhid atası dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandana və birinci Vitse Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə