Göygöl rayonunda Vətən müharibəsi şəhidi Şirzad Mirzəyevin doğum günündə xatirəsi anılıb - FOTOLAR
Tarix: 01-08-2022 | Saat: 15:12
Bölmə:Gündəm | çapa göndər

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev,YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər,ziyalılar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri Vətən müharibəsində xüsusi qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalmış Şirzad Mirzəyevin doğum günü münasibətilə Göygöl rayon Şəhidlər Xiyabanındakı məzarını ziyarət etmişlər.
AİA.Az xəbər verir ki,ziyarət zamanı Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Elvin Paşayev çıxış edərək Şəhid Şirzad Mirzəyevin döyüş yolundan söhbət açmış, Vətən uğrunda canlarından keçmiş şəhidlərin öz canları və qanları bahasına torpaqlarımızı yağı düşməndən azad edərək qəlblərdə özlərinin əbədi abidələrini ucaltdıqlarını bildirmişdir. Xalqımıza “Qalib xalq” adını bəxş edən şəhidlərin gələcək nəsillərə örnək olmaqla, hər bir insan tərəfindən ehtiramla anıldığını,şəhid ailələrinin ən yüksək diqqətə layiq olmaqla, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daim yüksək dövlət qayğısı ilə əhatə olunduğunu, bütün Azərbaycan xalqının şəhidlərimizlə qürur duyduğunu diqqətə çatdırmışdır. Məktəblilər tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilmiş, şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, müqəddəs ruhuna dualar oxunmuşdur.
Sonra YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev şəhidin yaşadığı evə baş çəkərək ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışaraq şəhidlərimizin daim hörmətlə və ehtiramla yad edildiyini söyləmiş, YAP Göygöl rayon təşkilatı tərəfindən hazırlanmış xatirə hədiyyəsi şəhidin ailə üzvünə təqdim olunmuşdur. Söhbət zamanı şəhid ailəsinin üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-03-2025