Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir.
Tarix: 01-08-2022 | Saat: 12:45
Bölmə:Media | çapa göndər
Dünyanın ən zəngin dillərindən biri də Azərbaycan dilidir. Dil millətin ən dəyərli milli sərvətidir. Hər bir azerbaycanlı dilimizin saflığı və qorunması uğrunda mübarizədə fəal olmalı, onun qorunub gələcək nəsillərə ötürülməsi üçün əlindən gələni əsirgəməməlidir. Təbii ki, zaman-zaman Azərbaycan dili müxtəlif təzyiqlərə məruz qalmış, müəyyən tarixi dövrlərdə sıxışdırılaraq bir küncdə qalmış, yasaq edilmiş, öz xalqına belə qadağan edilmişdir. Ümummilli liderimiz Hеydər Eliyev dövlətimizin və xalqımızın dirçəlməsi yolunda böyük işlərə imza atmışdır, o cümlədən də dilimiz və əlifbamızın dirçəlməsi yolunda da əvəzsiz xidmətlər göstərmişdir. H.Əliyevin təkcə “Dahi şəxsiyyətin nitq fenomenliyi” adlı kitabında onun dilimizin incəliklərinə necə yaxından bələd olduğu görünür. 2001-ci il avqustun 1-dən etibarən ölkədə Azərbaycan əlifbası günü kimi qeyd edilir. Bu tarixin qeyd edilməsi 2001-ci il avqustun 1-dən Azərbaycan Respublikasında latın əlifbasına keçidlə bağlıdır.
Hazırda istifadə edilən latın əlifbası ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra istifadə edilib. Lakin Dövlət İttifaqının işğalçılıq siyasətindən sonra kiril qrafikalı əlifbadan istifadə edilb. 2001-ci ilin 18 iyununda “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalanaraq Azərbaycanda latın qrafikalı əlifbaya keçid qətiləşdirilmişdir. Həmin ilin avqustun 9-da isə “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında“ fərman imzalanmışdır.
Azərbaycan dilinin və elifbasının təkmilləşdirilməsi yolunda dövlət qayğısı ilə bərabər dilçi alimlər öz əvəzsiz töhfələrini vermişlər. Beynəlxalq simpoziumlarda, yığıncaq və tədbirlərdə digər türk dilləri kimi bizim dilimizin və əlifbamızın inkişafı üçün alimlərimiz böyük xidmətlər göstərmişdirlər. Bu isə H.Əliyev siyasətinin davamıdır. AMEA-nın dilçi alimlərinin dilimizin inkişafı və təbliğ olunması yolunda göstərdiyi xidmətlərdən biri də “Müasir Azərbaycan dili” dərsliklərinin ali məktəblərdə tədris olunmasıdır. Bu dərsliklərin Respublika Dövlət mükafatına layiq görülməsi dilçi alimlərə və dilimizə xüsusi diqqətin nəticəsidir.
“Hər bir xalqın milliliyini və onun mənəvi dəyərlərini yaşadan onun dilidir”,-deyən Ulu Öndərimizin dilimizin öznəqayıdışı yolunda göstərdiyi xidmətləri saymaqla qurtarmaq olmaz. H.Əliyevin imzaladığı fərman və sərəncamlar dilimizin hüquqi statusunu, onun saflığını, qorunmasını, inkişafını təmin edən ən əlverişli addımlar idi. Bəli, dil varsa, millət də var, dövlət də var, xalq da var,,,,
Bu dil şirinlikdə şərbət kimidir,
Saflığı qorunan sərvət kimidir,
anamız Vətən də qürbət kimidir,
Öz ana dilini bilməyənlərə,,,,
deyən böyük mütəfəkkirlərimizin saysız -hesabsız dilimiz haqqında kəlamları var.
Prezidetimiz İlham Əliyevin milli-mənəvi dəyərlərin qorunması yolunda davam etdirdiyi uğurlu siyasətin davamı olaraq 2002-ci il yanvarın 12-də imzaladığı “Latın əlifbasında kütləvi nəşrlər “ barədə, 1 noyabr 2018–ci ildə “Azərbaycan dilini saflığının qorunması və bu dildən istifadənin təkmillədirilməsi" haqqında imzaladığı fərmanlar da dahi liderimizin bu yolda atdığı uğurlu addımların ardıdır.
Ulu Öndərimizin qoyduğu yolun davamı olaraq Dövlət Dil komissiyası yanında monitorinq mərkəzlərinin yaradılması, mövcud nöqsanların aradan qaldırılması, dilin daha da təkmilləşdirilməsi, onun necə deyərlər “təmizlənməsi” Dövlət başçısı tərəfindən dilimizə və əlifbamıza xüsusi qayğının təzahürüdür.
Yekun olaraq qeyd etməliyəm ki, damarında Azərbaycan qanı axan hər kəsin borcudur ki, digər mənəvi dəyərlərimiz kimi, dilimizi də qorumalı, onun qeydinə qalmalı, onu yad təsirlərdən uzaq tutmalı, inkişafı yolunda əlindən gələni əsirgəməməlidir. Necə ki ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünü təmin edən, dilimizi dövlət dili səviyyəsinə qaldıran böyük Ş.İ.Xətai demişdir: ”Ey türk oğulları, torpağınızın hər qarışını, dilinizin hər bir sözünü dünyanın heç bir ləl-cəvahiratına dəyişməyin!”
Hüseynova Gülçöhrə
YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, Bərdə şəhər Milli
Qəhrəman E.Kərimov adına 4 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024