Mobil versiya
YAP Mingəçevir şəhər təşkilatı gənclərlə görüş keçirib -Fotolar
Tarix: 11-09-2025 | Saat: 18:15
Bölmə:Siyasət | çapa göndər

YAP Mingəçevir şəhər təşkilatı gənclərlə görüş keçirib

Cənab Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikasında 2025-ci ildə “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlərin keçirilməsi davam edir. 11 Sentyabr 2025 ci il tarixdə YAP Mingəçevir şəhər təşkilatı Yeni Azərbaycan Partiyasına yeni üzv seçilən gənclərlə görüş keçirildi.

Görüşdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışdı. Dahi rəhbərin hakimiyyətdə olduğu dövr ərzində Azərbaycanın qazandığı bütün nailliyyətlərin fövqündə məhz Heydər Əliyev fenomeni , qüdrəti və dühası , onun uzaqgörənliklə yürütdüyü müdrik siyasi kurs dayanıb. Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər danılmazdır.

Ulu Öndərimizin "Yeni Azərbaycan Partiyası dünənin , bu günün, gələcəyin partiyasıdır" deyə qiymətləndirdiyi Yeni Azərbaycan Partiyasının xalq, dövlət qarşısındakı böyük xidmətləri bu nəhəng təşkilatın cəmiyyətdəki mövqelərini daha da möhkəmləndirir, insanların bu partiyanın ideoloji-siyasi xəttinə dəstəyini gücləndirir. Bu gündə Ulu Öndər Heydər Əliyevin davamçısı olan Cənab Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin ətrafında sıx birləşərək partiyanın Nizamnaməsi və Əsasnaməsinin tələblərinə əməl edilməsini tövsüyyələr verdi.

Görüşdə B.Mustafayev partiyaya öz istəkləri ilə üzv olan gənclərə Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim edildi.

Sonda xatirə şəkili çəkilərək gənclərə öz yollarında uğurlar arzuladı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-09-2025