Mobil versiya
“Halal Dad”ın kolbasasının tərkibində zərərli əlavələr var
Tarix: 11-09-2025 | Saat: 15:05
Bölmə:Ölkə | çapa göndər

“Halal Dad”ın kolbasasının tərkibində zərərli əlavələr var

Mağaza və marketlərdə müxtəlif adla satışa çıxarılan əksər növ kolbasaların tərkibində zərərli qida əlavələri var. Belə tərkibdə kolbasa istehsalı ilə məşğul olan şirkətlərdən biri də “Halal Dad” MMC-dir.

Bu müəssisənin “Servelat” bişirilmiş və hisə verilmiş kolbasaların hazırlanmasında insan orqanizmi üçün zərərli olan qida əlavələrindən istifadə edilib.

aia.az xəbər verir ki, bu barədə elə kolbasanın üzərində və kolbasanın tərkibi barədə marketlərin onlayn bölməsində məlumat yerləşdirib. Kolbasanın tərkibi mal əti, qoyun əti (əla növ), mal piyi, nişasta, xörək duzu, natrium nitrit, kompleks qida əlavələri (E-450; E-451; E-621) və qarışıq ədviyyat ekstraktı ətirli istiot, ağ istiot, askorbin turşusu E-300, E-301 sarımsaqdan ibarətdir.

Apardığımız kiçik araşdırma zamanı məlum oldu ki, sözügedən kolbasanın tərkibindəki E-450, E-451 maddələri insanda mədə pozğunluğu əmələ gətirir. Kolbasanın tərkibindəki E-621 qida əlavəsi də insan orqanizmi üçün zərərli hesab edilən maddələrdəndir.



Ən çox yayılmış dad gücləndiricisi natrium glutamat olan E-621-dir. Bu maddə ilə zəngin olan qidaları qəbul edən insanların 30 faizi baş ağrıları, yüksək ürək döyüntüsü, əzələlərdə zəiflikdən şikayət edir.

Mütəxəssislər bu cür qida əlavələri ilə zəngin olan qidalardan imtina etməyi məsləhət görürlər. Çünki tərkibində bir deyil, bir neçə qida əlavəsi olan qidalar daha zərərlidir. Xüsusilə uşaqlara, azyaşlılar bu cür qidaların verilməsi qətiyyən məsləhət görülmür.Tribunainfo.az



Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-09-2025