Mobil versiya
“iPhone 17” hələ çıxmayıb, amma Bakıda satılır” - 6500 manata...
Tarix: 11-09-2025 | Saat: 16:28
Bölmə:Ölkə | çapa göndər

“iPhone 17” hələ çıxmayıb, amma Bakıda satılır” -

Tanınmış bloqer Ramal İsayev sosial mediada yayılan “iPhone 17”nin saxta satış elanları ilə bağlı paylaşım edib.

aia.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, o bildirib ki, bəzi səhifələr insanları aldatmaq məqsədilə “iPhone 17” modelinin artıq Bakıda satışda olduğunu iddia edirlər. Lakin “Apple” bu modelin ön sifarişinə yalnız 12 sentyabrda start verir, satış isə 19 sentyabrdan başlayacaq.

“Apple” şirkəti özü satmır, amma bəzi səhifələr artıq satır. Bu, sadəcə insanların məlumatsızlığından istifadə edərək onlara saxta cihazları orijinal kimi təqdim etməkdir,” – deyə o qeyd edib.

R. İsayev həmçinin videolarda göstərilən “iPhone 17” modelinin rəsmi dizayna uyğun olmadığını, rəng və loqo yerləşiminin fərqli olduğunu vurğulayaraq, 6500 manata bu saxta cihazların satılmasının açıq şəkildə dələduzluq olduğunu bildirib.

“Dubayda rəsmi “Apple” mağazasında “iPhone 17” Pro modelinin qiyməti 4699 BƏƏ dirhəmidir ki, bu da təxminən 2200-2300 manat edir. Hətta gömrük və qeydiyyat xərcləri əlavə olunsa belə, Bakıda satılan qiymətlərlə müqayisədə qat-qat sərfəlidir”, - R.İsayev əlavə edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-09-2025