Mobil versiya
Aynurə Abbasova: Ana dilimiz ən qiymətli milli sərvətimizdir
Tarix: 27-07-2022 | Saat: 11:13
Bölmə:Ölkə | çapa göndər

Aynurə Abbasova: Ana dilimiz ən qiymətli milli sərvətimizdir

Hər birimiz üçün müqəddəs, qüdrətli, əzəmətli, məlahətli və şirin olan ana dilimiz xalqımızın tarixinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, adət - ənənələrinin ifadə vasitəsidir. Azərbaycan dili bizim tarixi keçmişimiz, bu günümüz, gələciyimiz və milli sərvətimizdir. Dünyada zəngin milli-mənəvi dəyərləri və adət-ənənələri ilə tanınan xalqımız müxtəlif ictimai-siyasi quruluşlarda yaşamasına baxmayaraq mənəvi dəyərlərini qoruyub saxlamış, ona ən qiymətli sərvəti kimi yanaşmışdır. Ana dilindən söhbət düşəndə ilk növbədə yadımıza Ümummilli Lider Heydər Əliyevin dilimizlə bağlı gördüyü işlər, imzaladığı fərman və sərəncamlar, söylədiyi dəyərli fikirlər yada düşür. Doğrudur dilimiz haqqında müxtəlif zamanlarda dünyaca məşhur olan şəxslər qiymətli sözlər söyləmişlər. Bunlarla yanaşı Ümummilli Liderimizin dedikləri fikirlər bizim üçün daha qiymətlidir. Dahi şəxsiyyət deyirdi: “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun vətəndaşlıq borcudur.” Bu bir həqiqətdir ki, dünyanın liderləri içərisində Ulu Öndər Heydər Əliyev qədər dil məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran ikinci bir lider olmayıb. Hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan dilinin inkişafına, zənginləşməsinə, saflaşmasına çalışmışdır. Milli dövlətçiliyin əsas atributlarından biri olan Azərbaycan dilinin istifadəsi və tədqiqi, dilçilik elminin inkişafı istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirmişdir. Ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsini diqqət mərkəzində saxlamışdır. Ulu Öndər Heydər Əliyevin 2004-cü il 12 yanvar tarixli Sərəncamı ilə latın qrafikalı yeni Azərbaycan Əlifbası ilə dərsliklərin, elmi əsərlərin, bədii ədəbiyyat nümunələrinin cap olunaraq istifadəyə verilməsi, milli ədəbi dilin daha da zənginləşməsi ilə yanaşı, dilçiliyin əsaslı inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Məhz həmin dövrdə Azərbaycan dilinin dövrün tələblərinə uyğun istifadəsi, gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dilin normalarına ciddi şəkildə əməl edilməsi kimi mühüm addımlar atıldı.

2001-ci ilin avqust ayının 9-da Ulu Öndər Heydər Əliyevin imzaladığı fərmanla Azərbaycanda qeyd olunmağa başlanan Azərbaycan Əlifbası və Azərbaycan dili günü xalqımız üçün çox əlamətdar bir gündür. Bu əlamətdar gün hər il avqust ayının 1-də qeyd olunur. 2001-ci ilin avqust ayında Azərbaycan əlifbasının latın qrafikalı əlifbaya çevrilişi tamamilə təmin olundu. Bu çevriliş Azərbaycanın mədəniyyətində də böyük əhəmiyyətə malik hadisədir. Xalqın dili yalnız onun ünsiyyət vasitəsi deyil, həm də mədəniyyətinin, ədəbiyyatının, tarixinin simvoludur. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz milli adət və ənənələrini, ana dilini, milli mənsubiyyətini unutmamalı və yaşatmalıdır. Latın qrafikalı əlifbaya keçid həm də digər dövlətlərlə əlaqəni asanlaşdırmışdır. O cümlədən, Azərbaycan dili artıq dünyanın beynəlxalq dili olan İngilis dili ilə eyni qrafikalı əlifbaya sahibdir. Onu da qeyd etmək lazımdır ki, latın qrafikası ərəb və kiril qrafikalarından daha səlist və asandır.

Azərbaycan dilinin inkişafı indiki dövrdə də davam edir. Bu inkişaf əsas olaraq Azərbaycan dilinin elektron məkanda istifadəsi və tətbiq dairəsinin genişləndirilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı məhz bu mövzü ilə bağlıdır. Odur ki, doğma, sevimli Ana dilimiz xalqımızın ən qiymətli milli sərvətidir!

Aynurə Abbasova,
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə