Mobil versiya
Sosial şəbəkədə tanış olduğu qızın ailəsini öldürməklə hədələdi
Tarix: 26-07-2022 | Saat: 13:04
Bölmə:Gündəm / Ölkə / Media | çapa göndər

Sosial şəbəkədə tanış olduğu qızın ailəsini öldürməklə hədələdi


Sabirabad rayonunda qız sosial şəbəkədə tanış olduğu kişi tərəfindən hədələnib.

Bu barədə qızın anası Sabirabad rayon polis şöbəsinə etdiyi müraciətində bildirib.

Rayon sakini olan həmin qadın deyib ki, qızı sosial şəbəkədə tanış olduğu oğlanla gedib, lakin sonradan yaşadığı evə qayıtmayıb.

O, həmçinin qeyd edib ki, həmin oğlanın qızının onunla getməyəcəyi təqdirdə onları öldürəcəyi və yaşadıqları evi yandıracağı ilə hədələyib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini E.Zamanov müəyyən edilib. O, saxlanılıb.



Onun yaşadığı evə baxış zamanı oradan pnevmatik tapança, 1 ədəd patron darağı və 15 ədəd patron aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Aia.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024