Mobil versiya
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul olmaq istəyən şəxslərin nəzərinə
Tarix: 18-07-2022 | Saat: 15:39
Bölmə:Təhsil | çapa göndər

Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul olmaq istəyən şəxslərin nəzərinə


Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Dövlət İmtahan Mərkəzi (DİM) ilə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllim vəzifəsinə işə qəbul olmaq istəyən şəxslər üçün avqustun 7-də test imtahanı keçirəcək.
DİM-dən Aia.Az-a bildirilib ki, imtahan vermək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet saytında 28 iyul saat 17:00-dək həyata keçirilir.
Namizədlər DİM-in saytında yerləşdirilmiş link vasitəsilə qəbul qaydaları, müsabiqə şərtləri və test mərhələsi üzrə proqramla tanış ola və imtahanda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Aia.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2024