Mobil versiya
Bakıdan vəziyyəti kökündən dəyişdirəcək iki BÖYÜK ADDIM: Biri bu gün baş verəcək
Tarix: 18-07-2022 | Saat: 13:15
Bölmə:Siyasət / Ölkə | çapa göndər

Bakıdan vəziyyəti kökündən dəyişdirəcək iki BÖYÜK ADDIM: Biri bu gün baş verəcək

"Regionda vəziyyəti kökündən dəyişdirə biləcək iki əsas böyük hadisə var. Birincisi, qaz müqaviləsinin bağlanmasıdır".
Bunu Aia.Az-a açıqlamasında Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadze deyib.

O bildirib ki, Azərbaycan Rusiya üşün çox önəmli dövlətdir:

"Bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində müqavilə imzalandıqdan sonra regionun Avropa üçün dəyəri ciddi şəkildə artacaq. Bu isə o deməkdir ki, regionda sabitliyin qiyməti də artacaq.

İkinci əsas məsələ isə Laçın rayonu ərazisindən keçən alternativ yolun tikintisinin başa çatdırılması və bu yola kimin nəzarət edəcəyi sualıdır. Əgər Bakı Ermənistanı Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonası ilə birləşdirən yeganə kommunikasiyaya effektiv nəzarəti həyata keçirə bilsə, bu, danışıqlar prosesinin bütün məntiqini ciddi şəkildə dəyişəcək. Əslində, İlham Əliyevin cümə günü bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışının böyük hissəsi ilk növbədə elə bununla bağlı idi.

Aydındır ki, Rusiya Federasiyası üçün yuxarıda qeyd olunanların hər ikisi, yumşaq desək, son dərəcə xoşagəlməzdir. Söhbət ondan gedir ki, Moskva nə edəcək? Moskva da mütləq nəsə edəcək, buna əmin ola bilərsiniz. Amma dünən Tbilisidə Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünün özü çox yaxşı əlamətdir.
Ətraflı


Heç kim müharibə istəmir. Regionda sabitlik əslində bütün ölkələr üçün vacibdir. Əgər vasitəçilərsiz ikitərəfli görüşlərin formatını genişləndirmək mümkün olsa, əminəm ki, regionun gələcəyi üçün tərəflərdən çox cəsarətli təşəbbüslərin şahidi ola bilərik. Başa düşürəm ki, bu sadəlövh səslənir, amma qəribə görünsə də, çox vaxt işə yarayan elə sadə, sadəlövh şeylərdir.

Onu da başa düşürəm ki, tərəflər bir-birinə o qədər də güvənmir. Bunun üçün səbəblər var. Ancaq burada bir sual ortaya çıxır: Yorğanı öz üzərinə çəkən vasitəçilərin iştirakı ilə keçən otuz illik danışıqlarla nəyəsə nail olundumu?

Məhz buna görə də ikitərəfli danışıqları gücləndirərək, belə təmasları artırmağa cəhd etməyə dəyər, xüsusən də Ukraynanın qəhrəmancasına müqaviməti yeni imkanlar yaratdığından, bundan istifadə etməmək günah olardı.

Azərbaycansız Rusiya Federasiyası üçün regionda manevr istəyi son dərəcə çətin olar. Azərbaycan bu gün istənilən daxili və xarici radikal qüvvələri də zərərsizləşdirəcək qədər güclüdür".

Qeyd edək ki, Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki nitqində bildirib ki, bu ayın 18-də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində memorandumun imzalanması nəzərdə tutulur.

Təhməz Əsədov
Aia.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024