Mobil versiya
YAP Göygöl rayon təşkilatı tərəfindən “Postmünaqişə dövründə sülh və quruculuq” mövzusunda tədbir keçirilib
Tarix: 09-07-2022 | Saat: 21:43
Bölmə:Ölkə | çapa göndər

YAP Göygöl rayon təşkilatı tərəfindən “Postmünaqişə dövründə sülh və quruculuq” mövzusunda tədbir keçirilib


Bu gün YAP Göygöl rayon təşkilatı tərəfindən Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, YAP İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğlu iştirak etmişdir.
İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb. YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev tədbir iştirakçılarını salamladıqdan sonra Azərbaycan Respublikasının qurucusu və yaradıcısı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev tədbir iştirakçılarını “Müqəddəs Qurban Bayramı” münasibətilə təbrik etdikdən sonra giriş nitqi söyləmiş, Ümummilli Lider Heydər Əliyevin xalqımıza bəxş etdiyi Müstəqil Azərbaycan Respublikasının son 30 ildəki inkişafı, Heydər Əliyev nurundan yaranmış Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yeri və rolu haqqında geniş və ətraflı söhbət açmış və bu gün ölkəmizə layiqincə rəhbərlik edən qəhrəman xalqımızın qalib sərkərdəsi Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin misilsiz fəaliyyətindən danışmışdır.
Göygöl rayonundan seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin deputatı, YAP İdarə heyətinin üzvü, siyasi elmlər doktoru-professor Elşad Mirbəşiroğlu “Postmünaqişə dövründə sülh və quruculuq” mövzusunda geniş və təhlilli məruzə ilə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin sözün əsil mənasında ömrünü Azərbaycan xalqına, dövlətçiliyimizin inkişafına həsr etdiyini vurğulayaraq, ölkə rəhbəri cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin həyatımızın bütün sahələrini əhatə etdiyini, daim yeni-yeni uğurlara imza atıldığını və gələcək həyatımızın daha da yüksək təminatı üçün vacib hədəflərin müəyyən olunduğu bildirmişdir. Əsas hədəflərdən biri də işğaldan azad olunmuş torpaqlarımızda aparılan sürəti bərpa-quruculuq işləri və həmin torpaqlara vətəndaşlarımızın “Böyük Qayıdışı”nın olduğunu vurğulayan Elşad Mirbəşiroğlu ölkəmizin daim sülh tərəfdarı olduğunu qeyd etmiş, Avrasiyanın nəqliyyat dəhlizi olacaq Zəngəzur dəhlizinin mahiyyətini açıqlamış, erməni revanşistlərinin sülhə qarşı hər hansı bir hərəkətlərinin “Dəmir Yumruqla” qarşılaşacağını bildirmişdir.
Digər çıxış edənlərdən partiya veteranı Adil Qarayev, Ərazi partiya təşkilat sədrlərindən Nuranə Quliyeva, Mahir Hacıyev, Mətləb Hüseynov və QƏQİB-in rayon şöbəsinin sədri Araz Abbasov Ulu Öndər Heydər Əliyev ideyalarının bu günümüzün və gələcəyimizin daha da etibarlı təminatı, insanların rifah halının daha da yüksəlməsi üçün çox böyük əhəmiyyətə malik olduğunu qeyd etmişlər.
Prezident İlham Əliyevin xalqımızın firavan həyatının təmin olunması, dövlətimizin günü-gündən güclənməsi və qüdrətinin daha da artırılması istiqamətində həyata keçirdiyi effektiv dövlət siyasəti bütün çıxış və nitqlərdə aktuallığı ilə səsləndirilmişdir.

Aia.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024