Mobil versiya
Göygöl rayonunda şəhid ailələri və qazilər Qurban bayramı münasibəti ilə ziyarət olunur
Tarix: 08-07-2022 | Saat: 19:05
Bölmə:Ölkə | çapa göndər

Göygöl rayonunda şəhid ailələri və qazilər Qurban bayramı münasibəti ilə ziyarət olunur

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının, Göygöl rayon İcra Hakimiyyətinin və DİHİ-nın Göygöl rayon komitəsinin nümayəndələrinin iştirakı ilə rayon ərazisində yaşayan şəhid ailələri və qazilərin Qurban bayramı münasibətilə ziyarətinə başlanılmışdır.
Əvvəlcə şəhidlər xiyabanı ziyarət olunaraq, şəhidlərin məzarları üzərinə gül dəstələri düzülmüşdür. Sonra bir qrup şəhid ailələri və qazilərin evlərinə baş çəkilərək, onlar Qurban bayramı münasibətilə təbrik olunmuş və bayram sovqatı verilmişdir. Söhbət zamanı onların qayğıları ilə maraqlanılmış və şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Göygöl rayonunda bu gün başlanan şəhid ailələri və qazi ailələrinin ziyarət olunması tədbiri sabah 9 iyul tarixində də davam etdiriləcəkdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024