Mobil versiya
Milan Hospitalın rəhbərliyinə qarşı irəli sürülən ittihamlar əsassızdır və qərəzli məqsəd daşıyır
Tarix: 05-07-2022 | Saat: 16:34
Bölmə:Ölkə | çapa göndər

Milan Hospitalın rəhbərliyinə qarşı irəli sürülən ittihamlar əsassızdır və qərəzli məqsəd daşıyır

Bu gün respublikamızın sürətli iqtisadi inkişafı bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafı üçün misilsiz imkanlar yaradıb. Ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində səhiyyə sahəsində uğurla aparılan islahatlar, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlər yeni-yeni uğurlara yol açıb. Artıq səhiyyəmizin aparıcı müəssisələrindən sayıla biləcək klinika və xəstəxanalar göstərilən tibbi xidmətlərn yüksək keyfiyyəti baxımından sadəcə bir-biriləri ilə deyil, həm də beynəlxalq səviyyədə üstün nüfuza malik xarici tibb müəssisələri ilə də rəqabət aparırlar. Son bir neçə ildə Azərbaycan səhiyyəsində aparıcı mövqeylərə sahib olmağı bacarmış tibb müəssisələrindən biri də Milan Hospital klinikasıdır.

Bu müasir klinika 2014 -cü ildə paytaxtın Nərimanov rayonunda fəaliyyətə başlamışdır. Fəaliyyətinin ilk günündən Milan Hospitalda işində tam peşəkar və tibbi ixtisaslaşmış mütəxəssis heyyəti tərəfindən tibb elminin standartlarına cavab verən ən son model Avropa istehsalı avadanlıqlarla 24 saat yerli və xarici pasientlərə tibbi xidmətlər göstərilir. Burada pasientlər göstərilən VİP xidmət, məsuliyyətli və gülərüz kollektiv, dəqiq proqnoz və müasir tələblərə cavab verən avadanlıqlarla aparılan hər növ laboratoriya analizləri Milan Hospitalın ölkədə fəaliyyət göstərən bir çox klinikalarda daha üstün olduğunu açıq-aydın göstərir. Klinikada pasientlərə yüksək səviyyədə və keyfiyyətdə cərrahi-stasionar, son dərəcə dəqiq laboratoriya analizləri ilə laboratoriya xidmətləri, ən müasir avadanlıqlardan istifadə olunmaqla Fizioterapiya, Diaqnostika və Ambulator xidmətlər göstərilir.

Əslində Milan Hospitalı əlavə reklam edə biləcək səpkidə yazı hazırlamaq kimi bir niyyətimiz yoxdur. Çünki fəaliyyət göstərdiyi 8 il ərzində bu klinika təkcə paytaxt Bakıda deyil, həm də bütün ölkədə kifayət qədər tanınıb və böyük nüfuz qazanıb. Sadəcə olaraq, klinikanın fəaliyyətinə dair kiçik bir xatırlatma etməyi məqsədəuyğun hesab etdik. Məsələ bundadır ki, bu günlərdə bəzi internet saytlarında Milan Hospitalın fəaliyyətilə bağlı, eləcə də klinikanın rəhbərliyi barədə tamamilə əsassız ittihamlarla dolu bir yazıya rast gəldik. Həmin yazıda iddia olunurdu ki, klinikanın baş direktoru Xuraman xanım Muradovanın ölkədən çıxışı məhdudlaşdırılıb. Səbəb kimi də bu göstərilib ki, guya Milan Hospital klinikasının bir neçə min manat məbləğində vergi və sosial ödənişlər üzrə borcu var. Əlbəttə, müəyyən səbəblərdən istənilən bir müəssisənin borcları yarana bilər və bu, heç də həmin müəssisənin iflasa uğraması kimi qəbul edilməməlidir. Lakin maraqlı olan budur ki, Milan Hospitalın əslində heç bir vergi və ya sosial ödəniş borcu yoxdur. Bu barədə bizim Milan Hospitala ünvanladığımız müvafiq sorğuya verilən cavabda bildirilir. Həmçinin klinika rəhbərliyi tərəfindən belə bir yanlış məlumatın hansı mənbədən qaynaqlandığına dair tamamilə bilgisiz olduqları da vurğulandı. Belə məlum olur ki, burada dövrəyə girən artıq qeyri-sağlam rəqabət üsullarına üstünlük verən bəzi rəqiblər olub. Ehtimal etmək olar ki, Milan Hospitalın pasentlərə təqdim etdiyi keyfiyyət meyarlarına öz fəaliyyətlərində nə vaxtsa nail ola biləcəklərinə inanmayan bu rəqiblər sonda məhz bu üsulla “qara piar” kampaniyasına başlamaq qərarına gəliblər...

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2024