Mobil versiya
Bakıda əyləci işləməyən avtobus səkiyə çırpıldı - FOTO
Tarix: 05-07-2022 | Saat: 14:35
Bölmə:Ölkə | çapa göndər

Bakıda əyləci işləməyən avtobus səkiyə çırpıldı - FOTO

Bakıda marşrut avtobusu qəzaya uğrayıb.

AİA.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cavadxan və Svetlana Məmmədova küçəsinin kəsişməsində baş verib. "Vətən" MMC-yə məxsus 26 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu sürücünün idarəetməsindən çıxıb və yolun kənarındakı parkın yaşıllıq zonasının divarına çırpılıb. Hadisə nəticəsində kəsişmədəki svetafora da ziyan dəyib.

Xoşbəxtlikdən səkidəki piyadalar və avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb.

İlkin məlumata görə, qəzaya avtobusun əyləc sisteminin sıradan çıxması səbəb olub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2024