Mobil versiya
Lənkəranda Şəhid övladları üçün əyləncəli tədbir təşkil olunub - FOTOLAR
Tarix: 04-07-2022 | Saat: 13:50
Bölmə:Ölkə | çapa göndər

Lənkəranda Şəhid övladları üçün əyləncəli tədbir təşkil olunub

Torpaqlarımız uğrunda canından keçən qəhrəmanları bir daha anmaq, onların övladlarına qayğının daimi olacağını bir daha hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini təşkil etmək məqsədilə YAP Lənkəran rayon təşkilatı ,YAP Lənkəran 2 saylı ƏPT və Riva Hill Resort Lankaran tərəfindən onlar üçün əyləncəli tədbir təşkil olunub.

aia.az xəbər verir ki, tədbir Lənkəran rayonu Rvo kəndində yerləşən " Riva Hill Resort Lankaran " əyləncə mərkəzində baş tutub. Tədbirdə 20 şəhid övladı iştirak edib. Müxtəlif musiqi nömrələri, şən klounlar, nağıl qəhrəmanları, hovuz oyunları, restoranda yemək və digər əyləncələr uşaqların ürəyincə olub.

Tədbirdə YAP Lənkəran Rayon Təşkilatının əməkdaşı Böyükağa Axundov və Sosial Xidmətlər agentliyinin Lənkəran-Astara regional filalının müdiri Ramin Hüccətov da iştirak edib.

Sonda YAP Lənkəran rayon təşkilatı tərəfindən uşaqlara hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2024