AZ RU Mobil versiya
Səfər Mehdiyev vətəndaşların problemlərini yerindəcə həll etdi - - FOTOLAR
Tarix: 01-07-2022 | Saat: 15:49
Bölmə:Cəmiyyət | çapa göndər

Səfər Mehdiyev vətəndaşların problemlərini yerindəcə həll etdi -

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.

aia.az xəbər verir ki, iyulun 1-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzində Qobustan və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edib.

DGK sədri Səfər Mehdiyev qəbuldan öncə Qobustan şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Qobustan və Şamaxı rayonları sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, bəzi müraciətlərin isə araşdırılması üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

aia.az
[xfvalue_fotolar image="7"] [xfvalue_fotolar image="8"] [xfvalue_fotolar image="9"] [xfvalue_fotolar image="10"] [xfvalue_fotolar image="11"] [xfvalue_fotolar image="12"] [xfvalue_fotolar image="13"] [xfvalue_fotolar image="14"] [xfvalue_fotolar image="15"] [xfvalue_fotolar image="16"] [xfvalue_fotolar image="17"] [xfvalue_fotolar image="18"] [xfvalue_fotolar image="19"] [xfvalue_fotolar image="20"] [xfvalue_fotolar image="21"] [xfvalue_fotolar image="22"] [xfvalue_fotolar image="23"] [xfvalue_fotolar image="24"] [xfvalue_fotolar image="25"] [xfvalue_fotolar image="26"] [xfvalue_fotolar image="27"] [xfvalue_fotolar image="28"] [xfvalue_fotolar image="29"] [xfvalue_fotolar image="30"]



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5511 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-08-2022
16-08-2022