Tbilisidə Heydər Əliyevin büstünə qarşı təxribat törədən ermənidir?
Tarix: 27-09-2026 | Saat: 17:03
Bölmə:Gündəm | çapa göndər

Son iki gündür Gürcüstanın sosial şəbəkələrində Tbilisidə Heydər Əliyevin büstünə qarşı törədilmiş vandalizm və Kürmük məbədi ətrafında yaranmış mübahisə geniş müzakirə olunur. Qarşılıqlı ittihamlar, sərt fikirlər və təhqirlər isə vəziyyəti daha da gərginləşdirir.
Heydər Əliyevin büstünə qarşı törədilən vandalizm adi xuliqanlıq kimi qiymətləndirilə bilməz. Bu, Azərbaycan xalqının böyük dövlət xadiminin xatirəsinə qarşı hörmətsizlikdir.
Azərbaycanın Gürcüstandakı səfiri Fuad Quliyevin açıqlamasına görə, hadisəni törədən şəxs saxlanılıb və cinayət işi başlanıb. İndi əsas məsələ istintaqın hadisənin motivini və mümkün əlaqələrini dəqiq ortaya qoymasıdır.
Gürcüstandan yayılan məlumatlara görə, bu vandalizm aktını törətməkdə şübhəli bilinən şəxsin Ermənistandan gələn erməni olduğu bildirilir. İddialara əsasən, o, Gürcüstanda provokasiya yaratmaq məqsədilə bu addımı atıb.
Dəqiqləşdirilməmiş məlumatlara görə, həmin şəxs azərbaycanlılar tərəfindən döyüldüyünü bəhanə edərək bu əməli törətdiyini bildirib. Lakin hazırda istintaq davam edir və hadisənin əsl motivi hələlik tam açıqlanmayıb. Yəqin ki, yaxın günlərdə hüquq-mühafizə orqanları tərəfindən ictimaiyyətə daha ətraflı və dəqiq məlumat veriləcək.
Bununla yanaşı, bəzi mənbələr hadisənin baş verməsində Rusiyapərəst fəalların da mümkün rolunun olduğunu iddia edirlər. Bu məlumatların isə istintaq tərəfindən təsdiqlənib-təsdiqlənmədiyi hələ məlum deyil.
Reallıqda isə heç bir siyasi məqsəd tarixi şəxsiyyətin abidəsinə qarşı vandalizmə bəraət qazandıra bilməz.
Digər tərəfdən, Kürmük məbədi ətrafında səslənən fikirlər də haqlı olaraq Azərbaycanda ciddi narazılıq doğurub. Azərbaycan ərazisində yerləşən tarixi və dini abidə ilə bağlı məsələlər siyasi ittihamlarla deyil, qarşılıqlı hörmət, diplomatik dialoq və mütəxəssislərin iştirakı ilə müzakirə olunmalıdır.
Əgər Azərbaycan Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə hörmət edirsə, eyni münasibəti Gürcüstandan da gözləmək təbiidir.
Ən təhlükəlisi isə tarixi və dini məsələlərin siyasi qarşıdurma alətinə çevrilməsidir. Belə yanaşma nə Azərbaycan, nə də Gürcüstan xalqının maraqlarına xidmət edir.
Bu gün Tbilisidə bir abidəyə əl qaldırılır, sabah başqa bir tarixi abidə siyasi mübahisənin predmetinə çevrilir. Əgər buna vaxtında düzgün münasibət göstərilməsə, təxribatçılar üçün yeni imkanlar yaranacaq.
Azərbaycan və Gürcüstan xalqları əsrlərdir qonşudur. Bu münasibətləri bir neçə radikal şəxsin hərəkəti və ya sosial şəbəkələrdəki təhqirlər müəyyən etməməlidir.
Vandalizmi törədən kimdirsə, məsuliyyət daşımalıdır. Təxribatın arxasında kim dayanırsa, üzə çıxarılmalıdır. Amma bir neçə şəxsin əməlinə görə iki xalqın dostluğuna kölgə salmağa çalışanlara da imkan verilməməlidir.
Çünki bir abidəni dağıtmaq asandır, amma iki xalq arasında qurulmuş etimadı dağıtmaq gələcəyə qarşı cinayətdir
Arzuman Loğmanoğlu
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-09-2026