Qətiyyətli siyasətin, “Dəmir yumruğ”un və Vətən sevgisinin yazdığı Zəfər salnaməsi - DEPUTAT
Tarix: 27-09-2026 | Saat: 15:17
Bölmə:Gündəm | çapa göndər

Azərbaycanın parlaq Zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsinin başlanmasından 6 il ötür. 2020-ci il sentyabrın 27-də başlayan və torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən bu savaşda xalqımızın dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biri yazıldı. Vətən müharibəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasətinin, Silahlı Qüvvələrimizin yüksək döyüş qabiliyyətinin, xalqımızın milli həmrəyliyinin və gənc nəslin sarsılmaz vətənpərvərlik ruhunun təntənəsinə çevrildi.
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Xanlar Fətiyev deyib.
Həmin günləri xatırlayan deputat qeyd edib ki, Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında qalsa da, xalqımız torpaqlarının işğal olunması ilə heç zaman razılaşmadı. Eyni zamanda, Prezident İlham Əliyev problemin həlli ilə bağlı diplomatik cəbhədə qətiyyətlə mübarizə aparırdı. O, bütün siyasi platformalarda Ermənistanın işğalçı siyasətini ifşa etməklə bərabər, ordumuzun döyüş qabiliyyətinin artırılmasını diqqət mərkəzində saxlayırdı. Buna görə hər bir azərbaycanlı əmin idi ki, torpaqlarımız mütləq işğaldan azad olunacaq. Azərbaycan Silahlı Qüvvələrinin “Dəmir yumruq” əməliyyatı isə bu əminliyi reallığa çevirdi və 30 ilə yaxın işğal altında qalan torpaqlarımız cəmi 44 günə azad edildi. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Silahlı Qüvvələrimizin uğurlu əks-hücum əməliyyatı nəticəsində 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad olundu. Bir-birinin ardınca Cəbrayılın, Hadrutun, Füzulinin, Zəngilanın, Qubadlının azad edilməsi ilə hərbçilərimiz Zəfər dastanları yazdılar. 2020-ci il noyabrın 8-də isə Qarabağın mirvarisi Şuşanın azad edilməsi isə Azərbaycanın Vətən müharibəsindəki ən böyük hərbi uğurudur. Unikal, dərsliklərə düşən və bütün dünyada böyük maraqla qarşılanan Şuşanın azad edilməsi əməliyyatı bir daha Silahlı Qüvvələrimizin yenilməz gücə malik olmasının, hərbçilərimizin peşəkarlığının və vətənpərvərliyinin təntənəsinə çevrildi. Yalnız bundan sonra məğlubiyyətini qəbul edən və Azərbaycanın şərtləri ilə razılaşan Ermənistan rəhbərliyi kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. Hərbi qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonra 3 rayon – Ağdam, Kəlbəcər, Laçın Azərbaycana təhvil verildi.
“Vətən müharibəsi əsgər və zabitlərimizin cəsarətinin, qorxmazlığının və vətənpərvərliyinin möhtəşəm təcəssümü oldu. Onlar döyüş meydanında təkcə silahla deyil, böyük inam, sarsılmaz iradə və Vətən sevgisi ilə mübarizə apardılar, qəhrəmancasına döyüşərək, addım-addım Zəfərə doğru irəlilədilər. Bütün dünyaya göstərdilər ki, Vətən sevgisi ilə silahlanan ordunu heç bir maneə dayandıra bilməz. Lakin müharibə qansız-qadasız ötüşmür və torpaqlarımızın azadlığı uğrunda 44 günlük mübarizədə xalqımız şəhidlər verdi. Müqəddəs Qarabağ torpaqları şəhidlərin qanı ilə hər birimiz üçün daha da müqəddəsləşdi. Vətən müharibəsində 2908 nəfər hərbçimiz şəhid oldu, mindən çox döyüşçümüz yaralandı, 6 nəfər itkin düşdü.
Artıq torpaqlarımız azaddır. 2023-cü ildə isə Qarabağdakı erməni separatizminə son qoyulması ilə ərazi bütövlüyümüz bərpa olunub. Həm 44 günlük müharibədə, həm də antiterror tədbirlərində düşmən döyüş meydanında cəzalandırıldı. Və qazanılan hər bir Qələbə ilə bütün şəhidlərimizin qisası alındı, onların qanı yerdə qalmadı…
Şəhidlər bizim qürur mənbəyimizdir. Xalqımız hər zaman şəhidləri uca tutur, onların əziz xatirəsini ehtiramla yad edir. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, sentyabrın 27-si respublikamızda Anım Günü kimi qeyd edilir. Şəhidlərimizin əziz xatirəsi hər il sentyabrın 27-də saat 12:00-da ölkəmizin bütün ərazisində bir dəqiqəlik sükutla yad olunur”, - deyə deputat vurğulayıb.
Xanlar Fətiyev bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər tarixin şanlı səhifəsidir. Bu Qələbə işğal altındakı torpaqlarımızın azad edilməsi ilə yanaşı, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi qətiyyətinin, ordumuzun gücünün, xalqımızın vətənpərvərliyinin və milli birliyinin dünyaya nümayişidir. Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı ilə yazılan bu Zəfər hər zaman qürur mənbəyimiz olacaq, dövlətimizin və xalqımızın gələcəyinə işıq salacaq.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-09-2026
12:00 Bir dəqiqəlik sükut...