Rus radikallar Ukraynanı xəritədən silməyi tələb edirlər: Polşanı Rusiya ərazisinə çevirmək planı da anons olundu
Tarix: 27-09-2026 | Saat: 23:14
Bölmə:Dünya | çapa göndər

Ukrayna hərbi təşəbbüsü ələ keçirərək, uzaqmənzilli hərbi zərbələrlə Rusiya üzərində siyasi-psixoloji təzyiqləri artırmağa çalışır... Belarusun savaş hazırlığı isə Şərqi Avropada təhlükəsizlik böhranının artıq Ukrayna sərhədlərindən çox-çox kənara yayıldığını göstərir...
Ukrayna müharibəsi uzandıqca, bu hərbi qarşıdurmanın coğrafiyasının genişlənmə ehtimalı da artır. Üstəlik, savaşın inkişaf istiqamətləri də daha təhlükəli perspektiv üzrə dəyişməyə başlayıb. Və Ukrayna-Rusiya savaşının ətrafında son baş verənlərə diqqət yetirdikdə, hərbi proseslərin nəzarətdən çıxma ehtimalı da tamamilə real görünür.
Məsələ ondadır ki, Ukrayna ordusu son vaxtlar Rusiyanın dərinliklərinə uzaqmənzilli zərbələri daha da intensivləşdirib. Rusiya siyasi məkanında isə Kremldən Ukraynanın hərbi zərbələrinə qarşı daha sərt və dağıdıcı reaksiya tələb edən çağırışlar daha ön plana keçməyə başlayıb. Rusiyanın əsas hərbi müttəfiqi Belarus isə ordunun və ərazi müdafiə qüvvələrinin hazırlığını genişləndirir. Və bütün bunlar o deməkdir ki, diplomatik masalarda sülhdən danışıldığı halda, savaş məkanında müharibənin miqyası tədricən böyüyür.
Maraqlıdır ki, BMT Təhlükəsizlik Şurasında Ukrayna və Rusiyanın xarici işlər nazirləri arasındakı açıq qarşıdurma da mövcud hərbi-siyasi gərginliyin real görüntüsünə çevrildi. Belə ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa rus həmkarına Kremlin 2022-ci ildə Kiyevi üç günə ələ keçirmək planlarının olduğunu xatırlatdı. Və Rusiyanın müharibənin lap əvvəlindən gözlədiyi bu nəticəyə hələ də nail ola bilmədiyini vurğuladı.
Eyni zamanda, ukraynalı diplomat savaşı başladan Rusiyanın indi məsuliyyəti rəsmi Kiyevin və Qərbin üzərinə atmağa çalışmasının absurd və məntiqsiz olduğunu ön plana çəkdi. Ardınca isə “savaşın başlanmasından dörd il sonra Moskva yanır” deməklə, rus diplomata xitabən Ukraynanın müharibəni Rusiya ərazisinə keçirməyə nail olduğuna eyham vurdu. Və ukraynalı diplomatın bu davranışı qətiyyən təsadüfi deyil, çünki onun Ukraynanın Rusiya üzərində artıq müəyyən üstünlüklər qazanmağa başladığını qabartmağa çalışdığı açıq-aşkar diqqəti çəkir.
Onu da qeyd etmək lazımdır ki, Ukrayna ordusu son aylarda Rusiyaya qarşı uzaqmənzilli raket və PUA-dan daha intensiv şəkildə edir. Rusiya ərazisinin dərinliklərindəki hərbi, enerji və logistika infrastrukturuna daha dağıdıcı zərbələr vurur. Üstəlik, Rusiyanın paytaxtı Moskva və şəhər ətrafına yönələn hücumlar isə Ukrayna müharibəsinin əvvəlki coğrafi arealını ciddi şəkildə dəyişdiyini göstərir.
Təbii ki, belə vəziyyətdə Kreml üçün artıq əsas problem yalnız Ukraynanın Donbas və digər ərazilərində yaranmış neqativ situasiya ilə məhdudlaşmır. Çünki hazırda Rusiyanın daxilində strateji və iqtisadi infrastrukturunun toxunulmazlığı da artıq böyük risk altına düşüb. Və bu baxımdan, paytaxt Moskvanın daxilində yaranmış təhlükəsizlik vəziyyəti ilə bağlı bəzi aqressiv çağırışlar isə hərbi eskalasiyanın tamamilə fərqli inkişaf istiqamətlərini də ön plana çıxarır.
Məsələ ondadır ki, Rusiyanın Xarici və Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin üzvü Aleksandr Losev Ukraynaya qarşı zərbələrin kəskin və dağıdıcı səviyyəyə çıxarılmasına yönəlik çağırış edib. Onun fikrincə, Rusiya ordusu Ukraynanın böyük şəhərlərinin daha genişmiqyaslı dağıntılara məruz qoyulmasına nail olmalıdır. O, hətta Rusiyanı məmnun edə biləcək yeni dövlət sərhədinin Polşanın Krakov şəhəri istiqamətinə qədər uzanmasının vacib olduğunu vurğulayıb.
Düzdür, Aleksandr Losevin bu aqressiv çağırışlarını Rusiya dövlətinin rəsmi mövqeyi kimi qəbul etmək mümkün deyil. Ancaq belə radikal çağırışların Rusiyanın siyasi məkanında açıq şəkildə səsləndirilməsi Ukrayna müharibəsi ilə bağlı ritorikanın nə qədər sərtləşdiyini də göstərir. Yəni, rus radikallar artıq yalnız Ukraynanın müəyyən ərazilərinə nəzarət hədəfi ilə kifayətlənmək istəmirlər. Onlar artıq Ukraynanın tamamilə dağıdılaraq, rəsmi Kiyevin hərbi və siyasi müqavimət imkanlarının sistemli şəkildə sarsıdılmasını ön plana çəkirlər.
Digər tərəfdən, bütün bunlara paralel olaraq, Rusiyanın əsas müttəfiqi Belarusda keçirilən hərbi hazırlıqlar da diqqəti çəkir. Belə ki, rəsmi Minsk Belarus ordusunun Qərb Operativ Komandanlığının bölmələri ilə təlimləri davam etdirir. Eyni zamanda, ehtiyatda olan hərbi vəzifəliləri də tədricən savaş hazırlığına cəlb etməyə başlayıb. Üstəlik, rəsmi Minsk Belarusun ərazi müdafiə qüvvələrinin fəaliyyətini də genişləndirməyə çalışır.
Ancaq bütün bunlar hələ Belarusun müharibəyə birbaşa qoşulacağı anlamına gəlmir. Bununla belə, rəsmi Minsk savaş hazırlığını yalnız hərbi bölmələr ilə məhdudlaşdlrmayaraq, ehtiyat qüvvələrin cəlb olunmasına və kritik infrastrukturun qorunmasına qədər genişləndirib. Və ona görə də, bütün bunlar Ukrayna savaşı ilə bağlı region ətrafında təhlükəsizlik narahatlığının ciddi şəkildə artdığını da göstərir.
Belə anlaşılır ki, Ukrayna müharibəsində yeni və daha riskli mərhələ başlanmaq üzrədir. Rəsmi Kiyev Rusiyanın dərinliklərindəki strateji obyektləri hədəfə almaq imkanlarını tədricən genişləndirir. Kreml Rusiyada Ukraynaya qarşı daha ağır və dağıdıcı zərbələrin vurulmasını tələb edənlərin çağırışlarını ölkədaxili auditoriyaya təqdim edir. Rusiyanın strateji müttəfiqi Belarus isə mümkün savaş təhlükəsinə qarşı hərbi və ərazi müdafiə sistemini gücləndirir. Və siyasi-diplomatik müzakirə kanalları hələ də açıq qalsa da, hərbi qarşıdurmanın coğrafiyası tədricən genişlənir.
Göründüyü kimi, Kreml artıq yalnız Ukraynada deyil, Rusiya ərazisində də ağır hərbi zərbələrin nəticələri ilə qarşı-qarşıya qalıb. Rəsmi Kiyev isə geri çəkilmək əvəzinə, hərbi təşəbbüsü ələ keçirərək, uzaqmənzilli zərbələrlə Rusiya üzərində siyasi-psixoloji təzyiqləri artırmağa çalışır. Buna paralel olaraq, Belarusun savaş hazırlığı da Şərqi Avropada müharibənin yaratdığı təhlükəsizlik böhranının artıq Ukrayna sərhədlərindən çox-çox kənara yayıldığını göstərir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-09-2026