AZ RU Mobil versiya
Abşeron sakinlərinə MÜRACİƏT
Tarix: 01-07-2022 | Saat: 10:52
Bölmə:Ölkə | çapa göndər

Abşeron sakinlərinə MÜRACİƏT

Qurban bayramı günlərində heyvanların kəsimi və satışı adi günlərlə müqayisədə kütləvi şəkildə həyata keçirilir. Bu proseslərin bəzi hallarda kəsim üçün nəzərdə tutulmayan yerlərdə baş verdiyi müşahidə edilir və bu da təhlükəli xəstəliklərin yayılmasına münbit şətrait yaratmaqla yanaşı, qanunvericiliklə müəyyən edilmiş qaydada ət və ət məhsullarının baytarlıq-sanitariya ekspertizasının aparılmasına, eyni zamanda, nəqliyyatın və əhalinin rahat hərəkətinə maneələr yaradır.

Bütün bunları nəzərə alaraq, 09-10 iyul tarixlərində keçiriləcək Qurban Bayramı günlərində Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən heyvanların antisanitar şəraitdə kütləvi kəsiminin qarşısını almaq, əhalinin sağlamlığını qorumaq, baş verə biləcək zoonoz xəstəliklərin qarşısını almaq məqsədilə tədbirlər həyata keçirilib. Rayon ərazisində bayatarlıq-sanitariya və sanitariya-gigeniya tələblərinə cavab verən, müvafiq qurumlarla razılaşdırılanış, bütün loqistik şəraitə malik olan heyvan kəsimi məntəqələri yaradılıb.

Rayon ərazisində aşağıda göstərilən 4 loqistik şəraitə malik heyavan kəsimi məntəqələri və 2 yerdə diri heyvan satış xidməti yerləri ayrılıb:

Heyvan kəsim xidməti ünvanları:

1. Abşeron rayonu, Xırdalan şəhəri, Quşculuq massivi 180/90 -"Səhliyalı" kiçik müəssisəsi
2. Abşeron rayonu, Xırdalan şəhəri, Səttar Bəhlulzadə Məstiyev Nicat Şəmsi
3. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev küçə 58 -"AZ MEATCO"
4. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi "CANƏT" MMC


Diri heyvan Satışı xidməti ünvanları:


1.Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 13-cu km-liyi

2.Abşeron rayonu, Saray qəsəbəsi, Bakı dairəvi yolun qəsəbə ərazisindən keçən hissəsi


Qurbanlıq heyvan kəsim və satışlarının göstərilən ünvanlarda aparılması xahiş olunur.

Abşeron Rayon İcra Hakimiyyəti Sizi xalqımızın müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir, Sizə gözəl günlər, kəsdiyiniz qurbanların Allah dərgahında qəbul olunmasını arzulayır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5603 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-08-2022
16-08-2022