Mobil versiya
Ümüd Həsənlinin təqdimatında "Ruhumuzun rəngləri" adlı masterklass təşkil edilib - FOTOLAR
Tarix: 01-07-2022 | Saat: 10:18
Bölmə:Ölkə | çapa göndər

Ümüd Həsənlinin təqdimatında "Ruhumuzun rəngləri" adlı masterklass təşkil edilib

Xəzər Rayon Gənclər və İdman İdarəsinin dəstəyi və Şağan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə rəssam Ümüd Həsənlinin təqdimatında "Ruhumuzun rəngləri" adlı masterklass təşkil edilmişdir.

aia.az xəbər verirki, iyunun 30-da Şağan Mədəniyyət Mərkəzində baş tutan masterklassda rəssam Ümüd Həsənli tədbir iştirakçılarına öz fəaliyyəti, əsərlərinin janrı, fərqliliyi və əsas ideyası haqqında məlumat verib. Həmçinin tədbir iştirakçılarına rəssamlıq sənəti ilə bağlı məlumatlar verilmiş, onların bu sahəyə olan maraqları öyrənilib və malik olduqları biliklərə əsaslanan suallar şagirdləri aktiv iştiraka cəlb edib.

Tədbirdə Şağan Mədəniyyət Mərkəzinin, Mərdəkan Mədəniyyət Sarayının və Nizami adına Mədəniyyət Mərkəzinin rəsm dərnəyinin üzvləri iştirak ediblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024