Mobil versiya
Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir
Tarix: 30-06-2022 | Saat: 22:31
Bölmə:Cəmiyyət | çapa göndər

Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 İyun -Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününü işğaldan azad edilmiş torpaqlarımızda qeyd etdi. Tarixi Zəfərimizi şərtləndirən amilləri, postmünaqişə dövrünün reallıqlarını bu məkanlardan bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə çatdırdı. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən sonra azad edilmiş torpaqlarımızın bərpası prioritet vəzifədir. Bu gün Qarabağ bölgəsində aparılan yenidənqurma və bərpa işlərinə xüsusi diqqətin yetirilməsi tariximizə və mənəvi varlığımıza dərin bağlılığın göstəricisi və əsl vətənpərvərlik nümunəsidir. Şübhəsiz ki, aparılan bərpa və yenidənqurma işləri regiona yeni nəfəs gətirəcəkdir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, biz “Böyük qayıdış”ın astanasındayıq. Olduqca qısa müddət ərzində Qarabağda yeni infrastruktur layihələrinin yaradılmasının və icra olunmasının şahidi oluruq. İlham Əliyevin iyunun 26-da Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri, bu zaman Böyük Qayıdışa xidmət edən biri-birindən əhəmiyyətli infrastruktur və sosial obyektlərin təməlqoyma və açılış mərasimində iştirakı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Ölkə rəhbərinin vurğuladığı kimi, Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. Məcburi köçkünlərimiz 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkib və doğma yurdlarından məhrum edilib. Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir. Bunu isə biz əməldə göstərəcək qədər güclüyük. Azərbaycan xalqı tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu, onu göstərir ki, biz, bu torpaqların sahibləriyik. Dövlət başçımız işğaldan azad edilmiş bütün ərazilərdə İşğal və Zəfər muzeylərinin yaradılmasını prioritet məsələ kimi qarşıya qoyub. Bu gün Azərbaycan xalqı qalib xalq kimi işğaldan azad edilmiş ərazilərin cənnətə çevrilməsi işində yaxından iştirak edirlər. Bu bir daha Azərbaycanın bir dövlət kimi qüdrətini göstərir.

Varaşil Məmmədov
Əməkdar müəllim, Laçın rayon ziyalısı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024