AZ RU Mobil versiya
Azərbaycanda gəlini ilə dalaşan qayınata evini YANDIRDI
Tarix: 28-06-2022 | Saat: 10:34
Bölmə:Karusel / Ölkə | çapa göndər

Azərbaycanda gəlini ilə dalaşan qayınata evini

Dünən Ucar rayonunun Qazyan kəndində ümumi sahəsi 230 kvadratmetr olan ikimərtəbəli evdə yanğın hadisəsi qeydə alınıb.

aia.az-ın məlumatına görə, 82 yaşlı Ağahüseyn Qəniyev şəxsi evini oğlu İsa və onun həyat yoldaşı Pərvanə ilə mübahisə nəticəsində yandırıb. Belə ki, oğlunun 2-ci ailəsini qəbul etməyən ev sahibi onların evdə yaşamasına icazə verməyib. Buna görə də A.Qəniyev əvvəllər döyülüb.

Sonuncu mübahisə isə 82 yaşlı kişinin evini öz qızına verəcəyini deməsindən sonra baş verib. Qayınatası ilə dalaşan Pərvanə ona aid olmayan evin sənədlərini götürərək evdən çıxıb. Bundan sonra A.Qəniyev qaz balonunu açıb və öz evində qəsdən yanğın törədib.

O, hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarına mane olub. Nəticədə ev yanaraq kül olub.

Onu da deyək ki, Ağahüseyn Qəniyevin oğlu İsanın ikinci evliliyindən 3 övladı var. (unikal)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5228 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-08-2022
16-08-2022