Mobil versiya
Bakıda hərbi orkestrlərin nümunəvi çıxışları başladı
Tarix: 26-06-2022 | Saat: 10:05
Bölmə:Gündəm | çapa göndər

Bakıda hərbi orkestrlərin nümunəvi çıxışları başladı

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paytaxtın müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları başlayıb.

AİA.Az Trend-ə istinadən xəbər verir ki, hərbi orkestrlərin marşrutlar üzrə yürüşləri saat 10:00-dan 12:00-dək Heydər Əliyev Sarayı, Bülbül prospekti, Nizami kinoteatrı, Neftçilər prospekti, Azadlıq meydanı, AMAY ticarət mərkəzi; Şəhidlər xiyabanı, Alov qüllələri, İçərişəhər metrosu, Qala qapısı, Kukla Teatrı, "Azneft" dairəsi, Bəhram Gur heykəli; Hüseyn Cavid parkı, Hüseyn Cavid prospekti, Parlament prospekti, Şəhidlər xiyabanı; Zabitlər parkı, Milli Sirk, Heydər Əliyev Sarayı, Səməd Vurğun küçəsi, Neftçilər prospekti və Nərimanov heykəli, Mərkəzi park, Milli Dram Teatrı, Qış parkı, Heydər Əliyev Sarayı, Mərkəzi Bank istiqamətlər üzrə keçiriləcək.
Ətraflı

Bu gün saat 19:00-dan 21:00-dək isə orkestrlərin nümunəvi çıxışları müəyyənləşdirilmiş altı yerdə - Heydər Əliyev parkı (Heydər Əliyev sarayının qarşısı), "Azneft" dairəsindəki Bayraq meydanı, Muzey Mərkəzi (Bulvar fontanının qarşısı), Zabitlər parkı, Koroğlu parkı və Fəvvarələr meydanında olacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə