Bir-birinizdən küsməyin...
Tarix: 19-05-2016 | Saat: 14:38
Bölmə:Seçilənlər-5 | çapa göndər
Hamımız küsürük, birimiz soyuqdan, birimiz istidən, birimiz evdən, birimiz işdən, bəziləri sevgilisindən, bəziləri dostlarından, bəziləri valideynlərdən, bəziləri övladlardan. Vətəndən küsən də var, həyatdan küsən də. Bəs niyə küsürük, hardan gəlir o duyğu, nə deməkdi küsmək???
İslam dinində küsmək heç də yaxşı qəbul edilmir. Hətta hədisdə belə deyilir ki, iki müsəlmanın bir birindən küsməsi üç gündən artıq davam etməməlidir. Amma indi vəziyyət necədi? Küsmək küsməkdi, barışanda pis baxırlar küsənlərə, deyirlər ki, sözünün üstündə durmadı, demişdi barışmayacam. Iradəsi yoxdu.
Dostlardan küsmək çox incidir adamı. Çünki dost sənin bütün sirlərini bilir, bütün dərdinə şərik olur. Çünki dost təmizdir səninçün , paylaşa bilmirsən, bölüşə bilmirsən, səni anlamadığını və satdığını biləndə isə daha çox küsürsən. Şəxsən mən bir neçə dostumdan küsmüşəm, hələ də onları bağışlaya bilmirəm. Bax bunu özümdə iradəsizlik kimi qəbul edirəm. Allah mənlə dost olan insanlara səbr versin.
Vətəndən küsəni heç başa düzmürəm. Yaxın bir insanın qəşəng sözü var. Deyir, "Vətənin yaxşı günündə yeyib içib kef edirik, pis günündə lənətləyib , xaricə üz tuturuq". Hansısa idmançımız xaricdə birincilik alıb himnimizi oxudanda, bayrağımızı qaldıranda hansınızın gözü dolmur ki? Necə küsə bilərik o Vətəndən ?Olmayıbmı ki, başqa bir ölkədə üçrəngli bayrağımızı görəndə həyəcanlanmayaq ürəyiminin döyüntüsü artmasın? Bir məqalədə oxumuşdum. Vətəni sevmək tezdir, ondan küsməyin yetər.
Sevdiyinizdən küsməyin. İnanın ki, çox ağrılı bir vəziyyətdir. Məni çox qınayacaqlar, amma sevgilidən küsmək bütün digər küskünlüklərdən acı gəlir insana. Şəxsi təcrübəmdən deyə bilərəm. Hətta bir -birini dəli kimi sevən insanlar belə günlərlə küsülü qala bilirlər. Küsmək sevginin dadı duzudur. Küsüb barışandan sonra ehtiras da güclənir, sevgi də, qayğı da. Hardan gəldiyi bəllidir küsməyin. Çox istəməkdən. Hətta ən balaca diqqətsizlik belə küsməyə gətirib çıxarır. Qızların naz dövrü başlayır, oğlanlar isə biraz özlərini yuxarıdan aparıb, sonra barışmağa məcbur olurlar. Hər variantda küsməyi dəstəkləmirəm, özümə də məsləhət görmürəm, amma nə fayda. Mövlana Cəlaləddin Ruminin bir sözü var." Küsmək və incimək üçün bəhanələr axtarmaq yerinə, sevmək və sevilmək üçün çarələr axtarın..." Sevgidən küsməyin.İnsanlar nə qədər kirlənmiş olsada sevgi bir ümüdlə hələdə aramızda gəzir.Bəlkədə sabah qarşınıza çıxar... Bu mövzunu davam edə bilərəm, amma uzatmağın bir faydası olmadığını görürəm .
Səndən küsüblərsə ,qoy küssünlər, günahkarsansa, üzr istəməyi bacar. Çalış heç kimdən küsmə. Ömür çox qısadı....
Küsməyin.... Küssəniz belə çalışın bəziləri kimi ümidiniz Novruz bayramına qalmasın. Üzr istəmək üçün gec qalmayın...
P.S Məndən küsənlərə son dəfə deyirəm.. Üzr istəmək üçün gec deyil. Gözləyirəm...
Vəfa Soltanova
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024